/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Yəməndə gərginlik davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəməni bombalamaqda davam edir. Yüzlərlə ölkə vətəndaşı hava hücumlarının qurbanı olub. Yəmənin bombalanmasını Ərəb Liqası ölkələri də alqışlayıb. Yəmən prezidenti Abd Rabbu Mənsur Hadi isə husilər təslim olana qədər hava hücumlarına fasilə verməməyə çağırıb.
Səudiyyə Ərəbistanı Yəmənə hava hücumlarının miqyasını genişləndirir. Husilərin Səna, Taiz və Ədəndəki mövqelərinin hədəfə alınması nəticəsində 80-dən çox döyüşçü həlak olub. Ölənlər arasında dinc sakinlər də var. 100-ə qədər insan isə yaralanıb. «Ənsar-Allah» qruplaşmasının üzvləri əsasən hərbi bazalarda məskunlaşdıqlarından mövqelərinə endirilən xeyli sayda silah-sursat və döyüş ləvazimatı da məhv edilib. Yəmən Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ordu qüvvələri husilərin Ədən şhərinə hücumunun qarşısını alıb. Silahlı basqın zamanı, döyüşçülər bir neçə raket anbarını ələ keçirməyə müvəffəq olub. Hava zərbələri nəticəsində yüzdən çox terrorçu məhv edilib.
Ərəb Liqası ölkələri Yəməndə aparılan hərbi əməliyyatları dəstəkləyib. Münaqişənin günahının husilərdə olduğunu deyən təşkilat rəhbəri Nabil Əl-Ərəbi qarşı tərəfin hökumətin sülh danışıqları təklifini rədd etməsindən sonra bu addımın atıldığını bilidrib.
Ərəb Liqasının sammitində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri və İran xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif Yəməndə hərbi əməliyyatlara etirazların bildiriblər.
Bu arada paytaxt Sənada minlərlə vətəndaşın iştirakı ilə etiraz aksiyası keçirilib. «Amerikanın oyuncaqları, Yəməndən rədd olun», «Terrorizmin məktəbi Birləşmiş Ştatlar və Avropadadır» kimi şüarlar səsləndirən etirazçılar husilərə dəstək nümayiş etdirib.

19:00 / 30.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 10119
Bu ay: 287131
Ümumi: 20722396
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın