/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Konqres Ukraynaya silah verməyə çağırdı

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynada atəşkəs elan edilməsinə baxmayaraq, toqquşmalar davam edir. Son sutka ərzində 2 Ukrayna əsgəri həlak olub, 7-i yaralanıb. ATƏT Donbasın Şirokino qəsəbəsində döyüşləri dayandırmağa çağırıb. Bu arada Amerika Birləşmiş Ştatları Konqresində Ukraynaya silah göndərməyə çağıran qətnamə qəbul edilib.
Amerika Birləşmiş Ştatları Konqresində prezident Barak Obamanı Ukraynaya silah göndərməyə çağıran qətnamə qəbul edilib. Qətnaməni konqresmenlərdən 348-i dəstəkləyib. 48 konqresmen isə sənədə qarşı çıxıb. "Nümayəndələr palatası ABŞ prezidenti Barak Obamanı israrla və dərhal ona verilən səlahiyyətlərdən istifadə edərək Ukrayna xalqının öz suveren ərazisini qoruma imkanlarını artırması məqsədilə rəsmi Kiyevə müdafiə təyinatlı silah sistemləri göndərməyə çağırır" - deyə qətnamədə bildirilir. Qeyd edək ki, qətnaməsi hələlik rəsmən təsdiqlənməyib. Üstəlik, sənəd tövsiyyə xarakteri daşıyır və icrası məcburi deyil.

13:00 / 24.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 3727
Bu ay: 87535
Ümumi: 17801706
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın