/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Poroşenko etirazçıları təhdid etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynada baş verən siyasi hadislər, iqtisadiyyata da ağır zərbə vurub. Ölkəyə turist axının kəskin azalması ilə əlaqədar «Borispol» aeroportunda büdcə böhranı yaranıb və ixtisarlar başlayıb. Bu fakt, işçilərin etirazına səbəb olub. Hava limanının əməkdaşları aksiyalara start vıeriblər. Prezident Poroşenkodan kömək uman etirazçılar, onunla görüşmələrinə belə peşiman olublar.
Böhranla əlaqədar ilk olaraq, aeroportun «Rəsmi nümayəndələr zalı» şöbəsinin əməkdaşlarının işdən uzaqlaşdırılması barədə qərar qəbul edilib. Qərar işçilərin etirazına səbəb olub. Və narazı kütlə mitinqlərə başlayıb. Ukrayna prezidenti Pyotr Poroşenko, etirazçılarla görüşüb. Dövlət başçısının gəlişi və emosional çıxışı vəziyyəti nəzarətdən çıxarıb.
Hava limanının işçiləri, kütləvi ixtsarlara aydınlıq gətirməyi tələb etdikdə, dövlət rəhbəri, vəzifə və siyasətin əsas meyarlarından olan soyuqqanlığını unudub. Əsəblərinə hakim ola bilməyən «Şokolad kralı», hüquqlarının pozulduğunu düşünənlərə məhkəməyə müraciət etməyi məsləhət görüb.
Aksiya iştirakçıları əvvəlcədən hazırladıqları şikayət məktubunu dövlət başçısına təqdim ediblər. Pyotr poroşenko, müharibə getdiyi və ordunun ehtiyac içərisində qaldığı bir zamanda dövlət büdcəsinə zərər vurmağın doğru olmadığını deyib. Prezidentin kobud rəftarı, sosial şəbəkələrdə onun imci ilə bağlı müxtəlif rəylərə səbəb olub.

19:00 / 20.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 5236
Bu ay: 89044
Ümumi: 17803215
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın