/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Atəşkəs pozuldu

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynada atəşkəs yenidən pozulub. Ötən gün ərzində separatçıların 58 dəfə atəşkəsi pozduğu bildirilir. Məlumata görə, ən qızğın döyüşlər Mariupolun cənubunda və Donetskin bəzi ərazilərində gedir. Bu arada NATO Ukraynanın şərqindəki münaqişəyə müdaxilə etmək niyyətində olmadığını açıqlayıb.
Ukraynanın Donetsk şəhərində separatçılar münaqişə bölgəsi boyunca hərbi texnikalar yerləşdirirlər. Bu barədə anti-terror idarə mərkəzinin nümayəndəsi Andrey Lisenko məlumat verib. Bildirib ki, terrorçular şəxsi heyətin döyüş hazırlığını davam etdirir. Bu arada Ukrayna baş qərargahının sabiq rəis müavini bölgədə aktivliyin müşahidə olunduğunu bildirib. "Düşünmürəm ki, bu hərbi hazırlıq bizdə qorxu yaratmaq üçün aparılır. Hücumun nə vaxt başlayacağını demək çətindir. Qruplaşmalar yaradılandan sonra müharibə başlayacaq, ancaq bu prosesin nə zaman bitəcəyini dəqiq deyə bilmərəm" - İbor Kabanenko belə deyib. Rəsmi Kiyev 11 Avropa Birliyi ölkəsi ilə silahın çatdırılması haqqında müqavilə imzalayıb. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko məlumat verib. Birləşmiş Ştatlar da lazım gələrsə Ukraynaya hərbi dəstək verəcəyini bəyan edib. NATO Ukraynanın şərqindəki münaqişəyə müdaxilə etmək niyyətində deyil. Bu bəyanatla isə alyansın baş katibi Yens Stoltenberq çıxış edib.
Stoltenberqin sözlərinə görə, hazırda ən vacib məsələ Minsk razılaşmalarının yerinə yetirilməsidir. Atəşin dayandırılması, ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi vacibdir.

13:00 / 14.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 3740
Bu ay: 87548
Ümumi: 17801719
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın