/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD-in sıralarından qaçan şəxs açıqlama verdi

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD "İsrail casusunu" edam edib. İşid terror qruplaşmasının əlindən qaçan şəxslərdən biri isə terrorçuların insanları necə edam etdiyni açıqlayıb.
İŞİD terror qruplaşmasından qaçan yaraqlılardan biri “SKY News ” telekanalına müsahibə verib. Saleh adı ilə təqdim edilən keçmiş İŞİD yaraqlısı girovların necə edam edilməsindən daşıb. Deyib ki, Con ləqəbli Məhəmməd Əmvazininin girovlardan birinin başını kəsərkən yanında olub. Onun sözlərinə görə, Əmvazi İŞİD -də əcnəbi girovların öldürülməsi işlərinə nəzarət edir. Müsahib yapon girov Kenji Qotonun edamının şəxsən şahid olduğunu deyib. “Mənə təlimat verilmişdi ki, girovları narahat etməyim. Onlara sadəcə hökumətlərini qorxutmaq üçün video çəkdiyimi deyirdim. Onlara qonağımız olduğunu, öldürməyəcəyimizi söyləyirdik, buna görə də girovlar öldürülərkən soyuqqanlı görünürdülər».
İŞİD İslam dövləti yaratmaq istəyir, ancaq onların atdıqları addımlar nə İslama, nə də müsəlman ənənələrinə uyğun deyil. Bu sözləri isə İŞİD terror təşkilatı tərəfindən əsir götürülən və ötən il sərbəst buraxılan fransız jurnalist Nicolas Henin deyib. Cihad anlayışının İslamın ən önəmli şərtlərindən biri olduğunu qeyd edən fransız jurnalist bildirib ki, “Cihad insanın özünü və ətrafını daha gözəl vəziyyətə gətirmək üçün apardığı mücadilədir. Bu anlayışdan terror təşkilatının istifadə etməsinə yol vermək olmaz”. İnternetin və sosial medianın həmin insanların radikal dünya görüşlərinin formalaşmasına təsir etdiyini qeyd edən Nicolas Henin İŞİD terrorçularının bu hərəkətlərinin İslam dini ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.
İŞİD terror qruplaşması İsrailin casusu olduğu iddia edilən 21 yaşlı ərəb gənci edam edib. İnternetdə yayılan videoda Məhəmməd Said İsmail Musallem adlı gənc İsrailin casusu olduğunu etiraf edərək deyir ki, Suriyaya İŞİD-lə bağlı məlumatları toplayıb İsrailə ötürmək üçün gəlib. Daha sonra 12 yaşlı olduğu ehtimal olunan yeniyetmə "Casus"-un başını hədəf alır və atəş açır.
İraqın Tikrit şəhəri ətrafındakı qəsəbə və kəndlərin əksəriyyətini işğaldan azad edən ordu birlikləri bu gün səhər saatlarında Tikrit şəhər mərkəzinə doğru irəliləməyə davam edib. Tikrit İraq ordusu tərəfindən mühasirəyə alındıqdan sonra İŞİD-in şəhəri tərk etməyə hazırlaşdığı qeyd olunur. İraq ordusu martın 9-da Aləm qəsəbəsini İŞİD-dən tamamilə təmizləyib. Ordu İŞİD-in qərargah kimi istifadə etdiyi bəzi binaları ələ keçirib. İŞİD bayrağının təsvir olunduğu divarlardakı yazılar silinərək yerinə İraq bayrağı və ordunun uğurunu rəmzi olaraq göstərən ifadələr yazılıb. Uzun müddətdir İŞİD tərəfindən bağlanılan səhiyyə mərkəzlərinin fəaliyyəti bərpa olunub. İraq qüvvələrinin hücumu zamanı xeyli sayda əsgər və İŞİD terrorçusunun öldüyü bildirilir. İraqın müdafiə naziri Xalid Əl-Ubeydi də Tikrit şəhərindəki əməliyyatlara dair bəyanat verib. Ubeyd bölgədə döyüşən qüvvələrin İraq ordusu, könüllü xalq birlikləri, tayfa döyüşçüləri və terrorla mübarizə briqadalarının olduğunu qeyd edib.
Bu arada İraq ordusuna aid döyüş təyyarələri paytaxt Bağdadın 45 kilometr qərbindəki Fəllucədə İŞİD-in mövqelərini bombardman edib. Nəticədə onlarca yaraqlı məhv edilib. İraqın Müdafiə Nazirliyinin açıqlamasında isə aralarında snayperlərin də olduğu 89 İŞİD yaraqlısının məhv edildiyi qeyd olunub.

13:00 / 11.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 10233
Bu ay: 287245
Ümumi: 20722510
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın