/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfər həbs olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Moskvanın Basman məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb. Bundan əvvəl tutulan Zaur Dadayev və Anzor Qubaşevə artıq cinayət işi üzrə ittiham irəli sürülüb. Digər üç nəfər - Qubaşevin qardaşı şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.
Zaur Dadayev Boris Nemtsovun qətli ilə əlaqəsini artıq etiraf edib. Digər dörd nəfər isə təqsirkar olmadıqlarını bildirir. Bununla belə, hakim istintaqın dəlilləri ilə razılaşaraq bəyan edib ki, əldə onların təqsirini təsdiqləyən sübutlar var. Zaur Dadayev və Qubaşev qardaşları bir qədər əvvəl İnquşetiyada, Tamerlan Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri evdə tutulublar. Saxlanılanların qohumları Boris Nemtsovun öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.

09:00 / 09.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 5224
Bu ay: 89032
Ümumi: 17803203
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın