/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD neft yataqlarını ələ keçirir

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD terrorçuları Liviyada neft yataqlarını ələ keçirməkdə davam edirlər. İraqın Tikrit şəhəri istiqamətində isə ordu qüvvələri yaraqlıları sıxışdırırlar. İŞİD-in itkiləri artsa da, müqaviməti davam etdirir.
İŞİD silahlıları artıq Liviyada 12 neft yatağını ələ keçirib. Yaranmış vəziyyətdən narahatlıq keçirən ölkənin milli neft korporasiyası fors-major vəziyyət elan edib. Liviya hökuməti isə BMT-yə müraciət edərək terrorçularla mübarizə aparmaq üçün silah embarqosunun qaldırılasını xahiş edib.
İraqda İŞİD yaraqlıları hava hücumlarının qarşısını almaq məqsədilə neft quyularına od vurublar. Hər yer qara tüstüyə büründüyündən hərbi təyyarələrin uçuşu baş tutmur. Tikrit üzərinə hücum indiyədək İraq ordusunun İŞİD üzərinə həyata keçirdiyi ən irimiqyaslı həmlədir. Hərbçilər yaxın günlərdə Əl-Alam və Əl-Dur qəsəbələrini azad etməyi planlaşdırır. Terrorçular bu iki qəsəbəni və Tikritin mərkəzini hələki nəzarət altında saxlayırlar.
İraq ordusunun əməliyyatları nəticəsində terror qruplaşmasının itkiləri artır. Silahlıların bir qismi şəhəri tərk etməyə başlayıb. Əməliyyatda ümumilikdə 30 min nəfərin iştirak etdiyi bildirilir.

19:00 / 06.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 4816
Bu ay: 88624
Ümumi: 17802795
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın