/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD xiristianları azad etdi

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD terrorçu qruplaşması girov saxladığı 19 xristianı azad edib. İraq höküməti isə qüvvələri yerli qəbilələrlə birləşərək Tikrit şəhəri uğrunda birgə əməliyyata başlayıb. İŞİD girov saxladığı 19 xristianı azad edib. Bu barədə Suriya insan haqları müşahidə qrupu məlumat yayıb. Məlumatda qeyd olunur ki, girovluqda olan 16 kişi, 32 qadın İŞİD terrorçuları tərəfindən sərbəst buraxılıb. Onlar azad edilməzdən əvvəl şəriət məhkəməsində mühakimə olunublar. Suriyanın şimal-şərqində İŞİD terror qruplaşması 220 assuriyalı xristianı girov götürmüşdü. Onlardan 15-nin fevralın 27-də edam edildiyi bildirilir. İraq hökumət qüvvələri ilə yerli qəbilələrə məxsus silahlı qruplaşmalar İŞİD terror qruplaşmasını Tikrit şəhərindən çıxarmaq üçün birgə hücumlara başlayıb. Ölkənin baş naziri və ali baş komandanı Heydər Əl-Abadi özü bu haqqda məlumat verib. Hazırda bölgədə güclü döyüşlərin getdiyi bildirir.
Bu arada İŞİD-ə qoşulmaq istəyən yeniyetmə qızların axtarışı davam edir. Onları sonuncu dəfə Türkiyənin İstanbul şəhərində görüblər. Təhlükəsizlik kameraları vasitəsilə qızların bütün hərəkət marşrutu dəqiqləşdirilib. İSTANBULU tərk edən qızların Suriya sərhədlərinə getdiyi bildirlir. Görüntülərdə vağzalda olarkən 3 yeniyetmənin bəzi vaxtlarda bir qrup insanla birlikdə hərəkət etdiyi də müəyyən edilib. İngilis polisi hal-hazırda qızlara kimlərinsə kömək edib-etmədiyini müəyyənləşdirir.
Ötən həftə İŞİD terrorçularının Mosulda məhv etdiyi tarixi əsələr orijinal yox, saxtadır. Bu barədə Mosulun sabiq meri Asil Nuceyfi kürd müsahibəsində deyib. Mer bildirib ki, 2003-cü ildə ABŞ-ın İraqa girməsindən sonra tarixi əsərlərin bir çoxu Bağdada aparılıb və Mosul muzeyində sadəcə onların maketləri qalıb. İŞİD yaraqlılarının 7 əsəri də oğurladığını deyən mer antikvar əsər ticarəti ilə məşğul olanlara da xəbərdarlıq edib.

13:00 / 02.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 4883
Bu ay: 88691
Ümumi: 17802862
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın