/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qüdsə qar yağıb

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyanın bir çox ölkələrində, həmçinin Yaxın Şərqdə sərt hava şəraiti hökm sürür. Amerikanın bəzi ştatalarında isə temperatur rekord səviyyəyə enib. Görünməmiş şaxtalar 20 nəfərin ölümünə səbəb olub.
Soyuq hava səbəbindən ölüm halları daha çox Tennesi ştatında qeydə alınıb. Burada 18 nəfəri don vurub. Üç minə yaxın sakin işıqsız qalıb. Pensilvaniya ştatında isə tempraturun mənfi 27 dərəcəyə düşdüyü bildirilir. Şaxtalar Delaver çayının donmasına səbəb olub. Oxşar vəziyyət Alabama, Corciya və Massaçusets ştatlarında da müşahidə olunur. Hər iki ştatda məktəblər bağlanıb. Elektrik enerjisinin verilişi ilə bağlı Bostonda problemlər yaşanıb.
Ən aşağı temperatur isə Minnesota ştatının Embarras şəhərində qeydə alınıb. Burada temperatur mənfi 40 dərəcəyə düşüb. Meteoroloqların məlumatına əsasən belə hava şəraiti hələ bir neçə gün davam edəcək.
Türkiyədə artıq bir neçə gündür ki, davam edən güclü qar həyatı iflic edib. Nəqliyyatın hərəktəində çətinliklər yaranıb. Şanlıurfada yolların buz bağlaması səbəbindən şagirdlərlə dolu avtobus yolda qalıb. Hadisə yerinə xilasedicilər cəlb ediib. Azyaşlılar xilas edilib. Qarlı - şaxtalı havalar yaxın şərqdə də müşahidə olunur. İordaniya, İsrail, Fələstin və Livanda yağan qar, elektrik enerjisinin verilişində problemlər yaradıb. Son illərin ən sərt qışını yaşayan qüdsdə qarın hündürlüyü 25 santimetrə çatıb. Macazalar bağlanıb nəqliyyatın hərəkəti çətinləşib. Məktəblərdə tətil elan edilib.
Bu arada Fransanın atlantik sahillərində «Əsrin daşqını» gözlənilir. Artıq hökumət təcili tədbirlərə başlayıb, əhali təhlükə gözlənilən ərazilərdən köçürülür. Sahilboyu bəndlər qurulur.

13:00 / 21.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 36
Bu gün: 4178
Bu ay: 87986
Ümumi: 17802157
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın