/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Döyüşlərə ara verilmir

Şriftin ölçüsü:  11px13px15px17px

Siyasi arenada əsas diqqət Ukraynaya yönəlib. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Minsk müqaviləsinə əməl olunmayacağı təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyib. Vəziyyətə nəzarət etmək məqsədilə ATƏT müşahidəçilərinin sayını 350-yə çatdmaq istəyir. Razılaşmanın əsas şərti olan silahların yerə qoyulmasına iki gün qaldığı bir vaxtda Ukraynanın şərqində vəziyyət dəyişməyib.
Minsk razılaşmasına baxmayaraq, Ukraynada gərginlik azalmır. Son sutka ərzində atəşkəs rejimi 55 dəfə pozulub. Döyüşlər zamanı Milli Qvardiya hərbçiləri zirehli texnika çatışmazlığı səbəbindən Donetskin Loqvinovo qəsəbəsini tərk etməyə məcbur olub. Müdafiə Nazirliyinin rəsmisi Vladislav Seleznyovun sözlərinə görə, separatçılarla qarşıdurmalarda Milli Qavrdiyanın 11 əskəri həlak olub, 44-ü yaralanıb. Son iki gün ərzində isə ordu 132 hərbçisini itirib. Xəsarət alanların sayı 300-ü ötüb. Bundan başqa, hökumət qüvvələrinə məxsus 7 tank, 14 artilleriya sistemi və 4 hərbi avtomobil də sıradan çıxarılıb. Qarşı tərəfin də itkiləri az deyil. 53 separatçı məhv edilib, 17–si əsir alınıb, xeyli sayda zirehli avtomobil və raket qurğusu yararsız vəziyyətə gətirilib. Donetsk şəhərinin yaşayış binalarına düşən mərmilər isə 5 dinc sakinin həyatına son qoyub, 25-i yaralanıb.
Kiyevdə səfərdə olan ATƏT baş katibi Lamberto Zanyer döyüşlərin davam etməsindən narahatlığını bildirib.
Bu arada Avropa İttifaqı liderləri, ötən gün keçirilmiş sammitdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə hazır olduqlarını bəyan ediblər. Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, yeni qadağalar və köhnələrin ləğvi barədə müzakirələr aparılmayıb. Amma üzv dövlətlər, Minsk razılaşmasına əməl etməyəcəyi təqdirdə Moskvaya təziqləri artırmağa tərəddüd etməyəcəklər.

19:00 / 13.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 4547
Bu ay: 88355
Ümumi: 17802526
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın