/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Minsk görüşünün nəticələri

Şriftin ölçüsü:  11px13px15px17px

Ukrayna böhranına həsr olunmuş Minsk görüşü istənilən nəticəni verdi. Ukrayna prezidenti Pyotr Poroşenko mətbuata açıqlamasında ölkəsinin parçalanmayacağını deyib. Bilidrib ki, müqaviləyə əsasən, Ukraynanın şərqində 50 km-lik bufer zonaının yaradılması və ölkə ərazisindən bütün əcnəbi döyüşçülərin çıxarılması planlaşdırılır. 19 gün ərzində əsir və girovlar da azad ediləcək.
«Minskdə əldə olunmuş razılaşmalar avropa üçün böyük bir rahatlıq olacq». Bu bəyanatla Fransa prezidenti Fransua Olland çıxış edib. Olland Donetsk və Luqansk üsyançılarına təsir etdiyinə görə Vladimir Putinə təşəkkür edib. «Rəsmi Paris və Berlin Avropa İttifaqının Minsk razılaşmasını dəstəkləməsi üçün əllərindən gələni edəcək» deyən Fransa lideri, müqavilənin şərtlərinin yerinə yetirilmə prosesinə də nəzarət edəcəklərini bildirib. Təqribən 17 saat davam edən danışıqlardan sonra media qarşısına çıxan Rusiya prezidenti Vladimir Putin isə razılaşmanın müddəalarını açıqlayıb.
Almaniya kansleri Anqela Merkel, Fransua Ollandla birgə keçirdiyi mətbuat konfransında görüşün nəticələrini müsbət qiymətləndirib.
Bu arada Almaniya mətbuatında Minsk görüşündən əvvəl Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Vladimir Putinə zəng edərək onu hədələdiyi yazılır. Bildirilir ki, Ağ Ev rəhbəri, Ukraynada sülh bərpa olunmayacağı təqdirdə Rusiyanın ciddi problemlərlə üzləşəcəyini deyib.
Ukraynada isə qarşıdurmalar davam edib. Antiterror əməliyyatları qərargahının rəsmisi Andrey Lısenko Minsk görüşünün keçirildiyi bir vaxtda da Rusiyadan Ukrayna ərazisinə hərbi texnika gətirildiyini deyib.
Qeyd edək ki, gecə saatalrında Donetsk şəhərinin artileriya atəşinə tutulması nəticəsində bir neçə yaşayış evi və çoxmərtəbəli binaya ciddi zərər dəyib. Bir dinc sakinin həlak olduğu bilidrilir. İndi bütün diqqətlər danışıqlardan sonra ölkədə vəziyyətin hansı məcrada inkişaf edəcəyinə yönəlib.

19:00 / 12.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 4226
Bu ay: 88034
Ümumi: 17802205
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın