/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Obama Putinə xəbərdarlıq etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynanın şərqində Kramatorsk şəhərinə atılmış raketlər dinc sakinin ölümünə səbəb olub. Minskdə isə Ukrayanın şərqində atəşkəs rejiminin elan edilməsi haqqında razılığa gəlinib. Minskdə təmas qrupunun danışıqları zamanı Ukraynanın cənub-şərqində atəşkəsin tətbiq edilməsi, ağır döyüş texnikasının geri çəkilməsi və əldə olunmuş razılaşmanın icrasına nəzarət məsələləri barədə yekdil fikirə gəlinib. Tərəflər həmçinin Donbasın gələcək siyasi quruluşu və yerli seçkilərin keçirilməsi məsələlərini müzakirə ediblər. Görüş Minskdə sona çatıb, iştirakçılar mətbuata heç bir açıqlama verməyib.
Ukraynanın şərqində Kramatorsk şəhərinə atılmış raketlər Rusiya yönümlü separatçılara qarşı əməliyyatlar aparan hərbi qüvvələrin qərargahına və mülki əhalinin məskunlaşdığı ərazilərə düşüb. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib ki, ilkin məlumata əsasən, üsyançıların Kramatorskıda raket hücumları 15 nəfərin ölümü və uşaqların da daxil olduğu 63 nəfərin yaralanmasına səbəb olub. Donetsk regionu idarəsinin verdiyi məlumata görə, yaralananlardan 32 nəfəri raketin düşdüyü təyyarə meydançasında işləyən hərbi qulluqçulardır.
Ukrayna hökuməti tərəfindən döyüşən “Azov batalyonu” hərbi dəstəsi bu gün irəliləyişə nail olduğunu bildirib. Könüllülərdən ibarət döyüşçülər Rusiya ilə sərhəddəki Novozavodsk şəhəri istiqamətində keçirilən hücum zamanı bir neçə kəndi ələ keçirdiyini bildirib. Kramatorskda hücumdan öncə Ukrayna hərbi qüvvələri 24 saat ərzində döyüşlərdə yeddi hərbi qulluqçunun öldüyünü bildirib.
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Obama Putini aqressiv siyasət yürütməkdən çəkinməyə çağırıb. Obama bildirib ki, tərəflər Minsk danışıqlarında əldə olunan razılaşmaya riayət etməli, Ukrayna münaqişəsi sülh yolu ilə həll edilməlidir. "Əgər Rusiya Ukraynaya qarşı aqressiv hərəkətlərini davam etdirərsə, qoşun göndərərsə, separatçılara silah və maliyyə yardımı edərsə, sanksiyalar gücləndiriləcək", deyə ABŞ adminstrasiyasının açıqlamasında bildirilir. Obama Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Prezident bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün Rusiya, Fransa, Almaniya və Ukrayna arasında danışıqlar davam etdirilməlidir.

09:00 / 11.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 4459
Bu ay: 88267
Ümumi: 17802438
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın