/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Poreşenko çağrış yaşını 27 yə qaldırdı

Şriftin ölçüsü:  11px13px15px17px

Rəsmi Kiyev separatçıların Donetskdə yerləşən Debaltsevo sakinlərinin şəhəri tərk etməsi ilə bağlı təklifini qəbul edib. Debaltsevo şəhəri demək olar ki, rusiyapərəst separatçıların nəzarəti altındadır. Donetskdə isə digər şəhərilər uğrunda döyüşlər gedir.
Ukraynanın Donetsk vilayətinin Debaltsevo şəhəri istiqamətində gedən döyüşlərdə separatçı qüvvələrin yüzlərlə əsgəri məhv edilib. İnternetdə ağır döyüşlərin getdiyi yerindən video və şəkillər yayılıb. Ukrayna ordusu düşmənin bir çox texnikasını məhv edib. Hərbi maşınlar arasında Rusiya meyilli döyüşçülərin cəsədləri də var.
Ukrayna prezidenti Pyotr Poroşenko, onun fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel Minsk sazişinin müddəalarının həyata keçirilməsi üçün addımları müzakirə ediblər. Bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin bildirib. Ukrayna prezidenti administrasiyasının rəhbərinin müavini Valeri Çalıy isə Minsk sazişinin həyata keçirilməsi ilə bağlı konkret təkliflərin müzakirə olunduğunu bildirib.
Çalıy qeyd edib ki, tərəflər həmçinin konkret nəticələrə nail olmaq üçün “Normand formatı”-nın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi xidmətə çağırış yaşının 27-yə qaldırılması və hərbi xidmətdən möhlət hüququ verən əsasların sayının azaldılması haqqında qanun imzalayıb. Qanun çağırışçıların hərbi xidmətdən yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilməsini, müəyyən dövrdə müqavilə əsasında hərbi xidmətə qəbul olunan şəxslərin kateqoriyalarının siyahısının genişləndirilməsini nəzərdə tutur. Qeyd edək ki, Ukrayna Ali Radası yanvarın 15-də prezident Pyotr Poroşenkonun 2015-ci ildə 3 mərhələli qismən səfərbərlik keçirilməsi haqqında fərmanının təsdiqləyib.
NATO Ukraynanı silahlandırmağı planlaşdırmır. Bu barədə isə Çexiya müdafiə naziri Martin Stropniski deyib. Stropniski Ukraynanın silahlandırılmasının gərginliyi daha da artıracağını bildirib: “Ukrayna böhranı silah yolu ilə həll edilməyəcək. Danışıqlar və Minsk razılaşması böhranı həll edə bilər”. Deyə Stropniski bildirib. Qeyd edək ki, bundan əvvəl İtaliya, Macarıstan və Almaniya Ukraynanı silahlandırmaqdan imtina etmişdi. ABŞ isə məsələ ilə bağlı qəti qərar verməyib.

09:00 / 06.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 9507
Bu ay: 289635
Ümumi: 22127174
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın