/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ukraynada döyüşlər davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Ukrayna parlamenti Polşa və Litva ilə birgə hərbi briqada yaradılması təşəbbüsünü qanuniləşdirib. Bundan başqa yerli tank istehsalının həcminin 25 faiz artırılması planlaşdırılır. Bu arada Ukraynanın şərqində döyüşlər davam edir. Separatçılar ordu qüvvələrinin Donetsk və Luqanskdakı mövqelərinə 85 artileriya zərbəsi endirib. İnterşum…
Separatçılar Donetsk şəhərinin Tekstilşik mikrorayonunu bir neçə saat müddətinə atəşə tutub. Mərmilərdən birnin xəstəxanaya düşməsi nəticəsində azı 5 nəfərin öldüyü bildirilir. 8 nəfərsə yaralanıb. 5 məktəb binası və 6 uşaq bağçası da qismən dağılıb, ərazinin elektrik təhcizatı dayanıb. Güllə yağışı zamanı yaşayış binalarına da ciddi zərər dəyib. Ümumilikdə isə Donetsk və Luqanskda davam edən qarşıdurmalar zamanı sutka ərzində 9 dinc sakin həlak olub. Milli qvardiya isə 3 əskərini itirib. 18 hərbçi yaralanıb. «Ukraynaya döyüş avadanlığı çatıdırılması təşəbbüsü istənilən nəticəni verməyəcək». Belə bir bəyanatı Almaniya kansleri Anqela Merkel səsləndirib. Onun sözlərinə görə ən yaxşı üsul Moskvaya siyasi təziqləri gücləndirməkdir. Bu arada Roma Papası Fransisk Ukraynada tökülən qanlardan təəssüfləndiyini bildirərək, tərəfləri barışığa dəvət edib. «Bu, xristianlar arasında olan müharibədir. Eyni inanca sahib olan insanların bir-birinə qarşı döyüşməsinə son qoymaq lazımdır» - deyən Vatikan rəhbəri münaqişənin bitməsi üçün dua etdiyini bilidrib.

19:00 / 04.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 8790
Bu ay: 288918
Ümumi: 22126457
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın