/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Separatçılar şərt qoyur

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynada separatçılar rəsmi Kiyevə qarşı yeni tələblər irəli sürüblər. Separatçılar Ukraynadan atəşin birtərəfli qaydada dayandırılmasını və “Yeni təmas xətti”-ni tanımasını tələb ediblər.
Qondarma Donetsk Respublikasının nümayəndəsi Denis Puşil Moskvada keçirdiyi mətbuat konfransında atəşkəs üçün şərtlərini açıqlayıb. Onun sözlərinə görə, ötən ilin sentyabr ayında Minsk danışıqlarında müəyyən edilmiş köhnə təmas xətti artıq qüvvədən düşüb, hazırkı cəbhə xətti təmas xətti kimi qəbul olunmalıdır:
Qeyd edək ki, yeni cəbhə xətti separatçıların son günlər ərzində zəbt etdikləri yeni əraziləri də əhatə edir. Separatçıların nümayəndəsi həmçinin bildirib ki, 10 minə yaxın ukrayna “Debaltseve platsdarmı”-nda mühasirəyə alınıb.
ABŞ Ukraynaya silah təchizatı ilə bağlı qərar qəbul etməyib. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib. Psakinin sözlərinə görə, ABŞ hələ belə bir qərar verməyib, amma ölkəsinin Ukraynanı silah - sursatla təmin etməsini də istisna etməyib. Psaki jurnalistlərə onu da bildirib ki, bu sırf texniki olaraq Minsk razılaşmasına zidd bir addım kimi qəbul edilə bilməz, ona görə ki, ABŞ bu sənədi imzalamayıb.
Psaki əlavə edib ki, ABŞ hökuməti Kiyevə kömək etmək variantları üzərində işləyir, amma onun ölkəsinin qarşısına qoyduğu əsas prioritet vəzifə Ukrayna konfliktinin sülh yolu ilə nizamlanmasına yardım etməkdir və heç kim Rusiya ilə müharibə etmək arzusunda deyil.

09:00 / 03.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 9583
Bu ay: 289711
Ümumi: 22127250
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın