
Ukraynada böhran dərinləşir. Son vaxtlar hökumət qüvvələrinin üzləşdiyi uğursuluqlar Amerika Birləşmiş Ştatlarında narahatlıq yaradaıb. Bu səbəbdən Kiyev hakimiyyətinə hərbi yardım məsələsi gündəmə gəlib. Dövlət katibi Con Kerrinin fevralın 5-də Kiyevə gözlənilən səfəri zamanı Ukraynaya silah-sursat çatdırılması mövzusu müzakirə olunacaq. Ukraynada ağır döyüşlər davam edir. Qarşıdurmalar zamanı Milli Qvardiyanın 58 əskəri həlak olub. Çoxlu sayda yaralaı var. Bundan başqa orduya məxsus 5 tank, 11 ədəd zirehli avtomobil və 12 artileriya qurğusu çıradan çıxarılıb. Separatçılar arasında da xeyli tələfat qeydə alınıb. Sutka ərzində 21 dinc sakin də dünyasını dəyişib. Hökumət, Donetsk şəhəri ətrafına canlı qüvvə və döyüş avadanlığı toplamağa başlayıb. NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna siyasətinə görə növbəti dəfə rəsmi Moskvanı tənqid edib.
Hökumət rəsmilərinin sözlərinə görə Donetsk və Luqanskda 5 milyon vətəndaş ağır vəziyyətdə qalıb. Evlərini tərk edənlərin sayı isə 600 mini ötüb. Bu arada Kiyevin girəcəyindəki nəzarət-buraxılış postları gücləndirilməyə başlanılıb.
19:00 / 02.02.2015