/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ebola virusu miqyasını genişləndirir

Şriftin ölçüsü:  11px13px15px17px

Nyu-Yorkda 33 yaşlı Kreyk Spenser adlı həkim ebola virusu əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Malidə isə ebolaya ilk yoluxma faktı qeydə alınıb. Virusun əhatə dairəsinin genişlənməsindən narahat olan Avropa Birliyi isə ebolaya qarşı vaksinini tapılması üçün vəsait ayrılıb.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə Nyu Yorkda virus əlamətləri ilə xəstəxanaya yerləşdirilən Kreyk Spenser sərhədsiz həkimlərlə birlikdə Qvineyada ebolaya yoluxanları könüllü müayinə edirmiş. Qvineyadan yeni qayıdan həkim manhetendəki xəstəxanalardan birində nəzarət altındadır. Hazırda tibb işçisinin son günlərdə əlaqədə olduğu insanlar müəyyənləşdirilir. Malidə də ebola virusuna ilk yoluxma faktı qeydə alınıb.
Bunu ölkənin səhiyyə naziri bəyan edib. Onun sözlərinə görə, virus Maliyə qvineyadan gətirilən 2 yaşlı qızda aşkarlanıb. Beləliklə, Mali ebola virusu qeydə alınan 6-cı Afrika ölkəsi olub. Ölümcül virusun əhatə dairəsinin genişlənməsindən narahat olan Avropa Birliyi isə ebolaya qarşı vaksinin hazırlanması üçün 24,4 milyon avro ayırıb. Vəsait epidemiyanın yayılmasının qarşısının alınmasına, tibbi personalın müdafiəsinə və vaksinin hazırlanmasına sərf olunacaq. Bu arada Avropa Birliyi ölkələri ebola virusu ilə mübarizə üçün koordinator də təyin ediblər. Qurumun sədri Herman Van Rompey bu vəzifəyə Xristos Stilianidisi təyin etdiklərini açıqlayıb. Qeyd edək ki, öbu son məlumatlara görə, indiyədək ebola virusundan ölənlərin sayı 4 877 nəfərə çatıb.

13:00 / 24.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 35
Bu gün: 5375
Bu ay: 347851
Ümumi: 13837467
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın