/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ümumdünya Səhiyyə Təşkilatı həyacan təbili çalır

Şriftin ölçüsü:  11px13px15px17px

Ümumdünya Səhiyyə Təşkilatı “Ebola”-nın ABŞ və Avropa üçün artıq təhlükəli bir hal aldığını bəyan edib. Digər tərəfdən ABŞ-da ölümcül virusdan daha bir nəfər xilas olub. Virusun ən çox yayıldığı Syerra-Leone də isə bir BMT əməkdaşı vəfat edib .
Amerikanın Corciya ştatında Emori Universitetinin nəzdində fəaliyyət göstərən tibb mərkəzinin həkimləri “Ebola” virusuna yoluxmuş daha bir xəstəni müalicə etməyə müvəffəq olub. Anonimliyinin saxlanılmasını istəyən xəstə artıq tibb mərkəzini tərk edib. Xəstənin yalnız sentyabrın -9 da xəstəxanaya yerləşdirildiyi məlumdur. Onun bu xəstəliyə necə yoluxması haqda da heç bir məlumat verilmir. Xatırladaq ki, ötən həftə məhz bu xəstəxanaya Dallas şəhərində Liberiya vətəndaşı olan və oktyabrın 8-də həyatını itirmiş Tomas Dunkana qulluq edərkən virusa yoluxan Ember Vinson adlı tibb bacısı da yerləşdirilmişdi. Hazırda ehtimal edilir ki, Tomas Dunkandan virus Nine Fem adlı daha bir tibb bacısına da keçib. Tibb bacısının hazırda Merilend ştatında müalicə olunduğu bildirilir. Bu arada daha bir BMT əməkdaşı “Ebola” xəstəliyinə yoluxaraq vəfat edib. BMT baş katibinin rəsmi nümayəndəsinin sözlərinə görə, ölən əməkdaşın yoldaşı xəstəxanaya yerləşdirilib.
Rəsmi nümayəndə əlavə edib ki, yaranmış şəraitdə personalın maksimum təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür. Tədbirlər sırasına xəstənin olduğu xəstəxananın dezinfeksiyası, həmçinin, onun təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi daxildir. BMT-nin ölən əməkdaşı Syerra-Leone vətəndaşıdır. Qeyd edək ki, bu, “Ebola” xəstəliyindən ölən üçüncü BMT əməkdaşıdır. Bundan əvvəl, beynəlxalq təşkilatın 2 əməkdaşı Liberiyada “Ebola”-dan vəfat etmişdi. Bu arada Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə “Ebola” virusunun qurbanlarının sayı 4500 nəfərə çatıb. 9 min nəfər isə virusa yoluxub.

13:00 / 21.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 12859
Bu ay: 264055
Ümumi: 13753671
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın