
Natonun baş katibi Yens Stoltenberq Türkiyədə səfərdədir. Baş katibin Türkiyə rəsmiləri ilə görüşlərində Yaxın Şərqdəki qeyri-sabit vəziyyət diqqət mərkəzindədir. Stoltenberqin «Patriot» tipli Zenit-raket komplekslərinin yerləşdiyi Qaziantep şəhərinə də səfəri planlaşdırılır. «NATO-nun gündəliyində piotsuz zona yaradılması mövzusu yoxdur» deyən Stoltenberq, uzun zaman aparacaq bu məsələnin, problemi həll etməyəcəyini bildirib.
17:00 / 09.10.2014