/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt tənqid etməsi ilə yadda qaldı

Şriftin ölçüsü:  11px13px15px17px

BMT baş assambleyasının 69 cu sessiyası dünyada baş verən hadislərin müzakirəsindən daha çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qurumu sərt tənqid etməsi ilə yadda qaldı. Ərdoğan BMT ni dünyada baş verən hadisələrə biganə qalmaqda və hadisələri lazımi şəkildə dəyərləndirə bilməməkdə ittiham edib. “Demokratiyanı deyil, qiyamı müdafiə ediriksə, maraqlıdır, BMT niyə var?” Ərdoğan belə deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunsadından qurumu və Qərbi kəskin tənqid edib. Zaldakı 120 dövlətin nümayəndələrinin əksəriyyəti Ərdoğanın çıxışı zamanı zalı tərk ediblər. Ərdoğan BMT-ni dünyada baş verən qırğınlarda biganə qalmaqda qınayıb. “Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil, heç kimin də təhlükəsizliyinə zəmanət yoxdur” deyən turkiyə prezidenti bunlara laqeyd qalanların da günaha açıq-aşkar ortaq olduğunu vurğulayıb. Ərdoğan bildirib ki, Misirdə xalqın seçdiyi prezident qiyam yolu ilə devrilərkən və verdiyi səsi qorumaq istəyənlər qətlə yetirilərkən BMT-dəki demokratik ölkələr bunu yalnız izləyir və qiyamı leqallaşdırır: “Demokratiya deyiriksə, səs qutusuna sahib çıxaq. Yox, demokratiyanı deyil, qiyamı müdafiə ediriksə, maraqlıdır, BMT niyə var?” Deyən Ərdoğan Türkiyənin terrora münasibətini də açıqlayıb. Qeyd edib ki, Türkiyə terrora dəstək verən, göz yuman bir ölkə deyil, əksinə ona qarşı ən təsirli mübarizə aparan ölkədir. Türkiyə prezidenti diqqəti son zamanlar İşid terroçularından qaçaraq Türkiyəyə sığınan qaçqınlara çəkib. "Suriyanı tərk edən 1,5 milyon adamı torpaqlarımızda öz imkanlarımızla saxlayırıq. Dünyadan ciddi dəstək gəlirmi? Təəssüf ki, yox. Zəngin və güclü Avropa ölkələri yalnız 130 min suriyalını qəbul edib”. O bir daha bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olması düzgün seçim deyil: "Dünya 5-dən böyükdür”. Ərdoğan belə deyib.
Türkiyə prezidnetinin “dünya 5 dən bÖyükdür” sözü artıq dünyadada maraqlı aksiyaların keçirilməsinə səbəb olub. Gənc fəalların 2013-cü ildə BMT strukturunun dəyişdirilməsi üçün “Dünya 5-dən böyükdü” şüarı ilə başlatdığı hərəkat ötən gün etiraz kampaniyası kimi fəaliyyətə başlaYIB. Fəallar Nyu York şəhərində keçirdikləri mətbuat konfransı ilə kampaniyanı təqdim ediblər. KampaniyaNIN MƏQSƏDİ BMT Təhlükəsizlik Şurasında verilən qərarlara 5 ölkənin veto qoymaq hüququnun dəyişdirilməsiNƏ nail olmaqdir.

19:00 / 25.09.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 7645
Bu ay: 68789
Ümumi: 17289242
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın