/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO sammitinin zirvə toplantısına start verilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Böyük Britaniyada NATO sammitinin zirvə toplantısına start verilir. Dünəndən ue;lsin Nyuport şəhəri alyansa üzv olan 22 ölkə və 27 tərəfdaş ölkənin təmsilçilərini qəbul etməyə başlayıb. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd edək ki, sammitdə iştirak etmək üçün Rusiyaya dəvət göndərilməyib. Iki ildən bir keçirilən görüşün ilk günü Ukraynadakı vəziyyət və İŞİD terrorçu qruplaşmasının bölgə üçün yaratdığı təhlükə müzakirə olunacaq.
Zirvə toplantısından əvvəl NATO-nun baş katibi Anders Foq Rasmussenin çıxış edəcəyi gözlənilir. Sammit öncəsi şərhçilər bu toplantının digər sammitlərdən fərqli olduğunu, ikinci dünya müharibəsindən sonra demokratik Avropa ölkələrinin təhlükəsizliyini bu qədər təhdid edən bir tarixi proses olmadığı fikrini irəli sürüblər. Sammitin sabahkı proqramında Avstraliya, Gürcüstan, İordaniya , Finlandiya və İsveçlə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub. Qeyd edək ki, artıq Uelsdə olan Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama sammit öncəsi çıxışında Ukraynanın NATO-nun yardımına ehtiyacı olduğunu söyləyib.

13:00 / 04.09.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 23300
Bu ay: 432716
Ümumi: 13922332
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın