/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qəzaya uğramış Malayziyaya məxsus «Boinq - 777» təyyarəsinin ekspertizası üçün cəsədlər Torez qəsəbəsinə gətirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Qəzaya uğramış təyyarənin ekspertizası üçün qatarlara yüklənən cəsədlər faciənin baş veridiyi ərazidən 15 km aralıda yerləşən Torez qəsəbəsinə gətirilib. Ukrayna fövqaladə hallar nazirliyinin məlumatına görə isə, cəsədlər naməlum istiqamətə aparılıb. Bir müddət əvvəl Kiyev hökumətinin qondarma Donetsk Xalq Respublikasının separatçıları ilə cəsədlərin daşınması üçün danışıqlar apardığı məlum olub. Bu haqda faciənin istintaqı üzrə dövlət komissiyasını idarə edən ukrayna baş nazirinin müavini Vladimir Qroysman bəyan edib.
Qeyd edək ki, faciə zamanı vətəndaşlarını itirən ölkələr cəsdələrin təcili olaraq vətənlərinə qaytarılmasını və ailələrinə təhvil verilməsini tələb edir. Ölənlərin tanınması üzrə bir qrup mütəxəssis bu gün Donetsk vilayətində təyyarənin qəzaya uğradığı əraziyə gələcək. İtalya isə Ukraynaya faciənin istintaqında yardım təklifini irləi sürüb. Ölkənin xarici işlər naziri Federika Moqerini ukraynalı həmkarı Pavel Klimkin ilə telefon danışığında təhlükəsizlik uçuşları üzrə milli agentliyin mütəxəssislərini faciə yerinə göndərməyə hazır olduğunu bildirib. Bu arada Rusiya Ukrayna ərazisində qəzaya uğramış Malayziya təyyarəsi üzrə BMT-dəki qətnamə layihəsini dəstəkləyəcək. Lakin bu qətnaməyə düzəlişlərlə dəstək olacaq. Belə ki, Moskva beynəlxalq səviyyədə ədalətli istintaq tələb edir. Bunu ölkənin BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin təhlükəsizlik şurasının qəza sektorundakı vəziyyətlə bağlı təcili görüşündə bəyan edib. Rusiya prezidenti Vladimir Putin də Almaniya kansleri Anqela Merkel telefon danışığında Donetskdə baş vermiş avia qəzanın müstəqil beynəlxalq istintaqı üçün hər bir şəraitin yaradılmasını müzakirə edib.
Bununla belə siyasətçilərin fikrincə bütün tərəflər bunda iştirak etməlidir. Həmsöhbətlər həmçinin ekspertlərin qəza yerində təhlükəsizliyinə zəmanət veriləmsinin də vacib olduğunu qeyd edib.Vladimir Putin və Fransa prezidenti Fransua Olland arasında da telefon danışığı olub. Məlumaat əsasən telefon danışığı zamanı tezliklə beynəlxalq mülki avisaiya təşkilatı tərəfindən malayziyaya məxsus sərnişin təyyarəsinin ukraynada qəzaya uğraması səbəblərinin hərtərəfli araşdırılmasının vacibliyi vurğulanıb. Putin həmçinin Böyük Britaniyanın baş naziri Devid Kemereona avia qəzada həyatını itirmiş Britaniya vətəndaşlarına görə başsağlığı verib. Bu arada Rusiya prezidenti təyyarənin qəzaya uğramasının ilk səbəbini Ukrayanada kı döyüşlərin və silahlı münaqişənin olduğunu qeyd edib. Ukrayna prezidenti Pyotr Paraşenko Avstraliya baş naziri Toni Ebbotla danışığı zamanı BMT- nin polis missiyasının Donetskdə qəzaya uğramış «boinq 777» təyyarəsinin istintaqının aparlımasında kömək edəcəyini bildirib. Məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

13:00 / 21.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 7036
Bu ay: 68180
Ümumi: 17288633
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın