/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Təyyarə qəzası ilə əlaqədar Təhlükəsizlik Şurasının iclası keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurasının Donetsk vilayətində qəzaya uğramış Malaziyaya məxsus «Boinq 777» sərnişin təyyarəsi ilə bağlı iclası keçirilib. «Boinq 777» sərnişin təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması ilə əlaqədar isə Malaziyada 3 günlük matəm elan olunub. Matəmlə əlaqədar bu gün bütün dövlət bayraqları endiriləcək. Malaziyanın baş naziri Nəcib Tun Razak faciə ilə əlaqədar müzakirlər aparmaq üçün parlamentin növbədənkənar iclasını çağırıb. İclas iyulun 23-də keçiriləcək. Baş nazir həmçinin bütün dünya müsəlmanlılarına müraciət edərək ölənlərin ruhuna dua etməyə çağırıb.
BMT Təhlükəsizlik Şurası isə Donetsk vilayətində qəzaya uğramış Malaziyaya məxsus «Boinq 777» sərnişin təyyarəsi ilə bağlı iclas keçirib. Donetsk səmasında təyyarə qəzasına həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclası bir dəqiqəlik sükutla başlayıb. Nyu-Yorkda keçirilən Təhlükəsizlik Şurasının iclası zamanı qəzanın dəqiq araşdırılmasına ehtiyac olduğu bildirilib. Təhlükəsizlik Şurası həmçinin istintaq orqanlarının, ekspertlərin ərazidə sərbəst işləməsi üçün şərait yaradılmasını tələb ediblər. Malaziyaya məxsus «Boinq 777» sərnişin təyyarəsini vuran raketin yeni videosu yayılıb. Videonu «Feysbuk» səhifəsində palaşan Ukrayna daxili işlər naziri iddia edir ki, yük maşınının yedəyindəki Malaziya təyyarsini vuran «Zenit» qurğusudur. Separatçıların cinayətin izini itirmək üçün onu təcili olaraq Rusiyaya aprdıqları bildirilir. ABŞ prezidenti Barak Obama Malaziyaya məxsus «Boinq 777» sərnişin təyyarəsinin Ukrayna ərazisində vurulması ilə bağlı bəyanatda çıxış edərək təyyarənin separatçıların nəzarəti altında olan ərazidən vurulduğunu təsdiqləyən sübutun olduğunu qeyd edib. «Təyyarənin separatçıların nəzarəti altında olan ərazidən «Zenit» raketi ilə vurulduğunun təsdiqi var»-deyə Obama vurğulayıb. ABŞ prezidenti həmçinin «Boinq 777» sərnişin təyyarəsinin vurulması ilə bağlı məsələni araşdırmaq üçün Moskvanı, Rusiya yönümlü separatçıları və Kiyevi atəşkəsə çağırıb.
Obamanın sözlərinə görə istintaqa mane olmaq cəhdi qətiyyən yolverilməzdir. Ekspertlərin hadisə yerinə gəlişinə bütün imkanlar yaradılmalıdır. ABŞ vitse prezidenti Cozef Bayden də «Boinq 777» sərnişin təyyarəsinin Rusiya tərəfindən dəstklənən separatçıların tam nəzarəti altında olan ərazidən vurulduğunu sübut edən faktların olduğunu bəyan edib. O, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı bildirib. Tərəflər BMT Təhlükəsizlik Şurasının təcili iclasının nəticələrini müzakirə ediblər. Poroşenko Vaşinqtonun verdiyi ardıcıl dəstəyə görə ABŞ–a minnətdarlığını bildirib. Bu arada Malaziya Hava Yollarına məxsus «Boinq 777»-nin düşdüyü Ukraynanın Donetsk ərazisinə ATƏT nümayəndə heyətinin getməsinə rusyönümlü terrorçular tərəfindən məhdudiyyət qoyulub. Məlumatı İsveçrənin ATƏT təmsilçisi Tomas Qreminqer verib. Onun sözlərinə görə yaraqlılar ATƏT müşahidəçilərinin qarşısını kəsib, əraziyə buraxmayıblar

13:00 / 19.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 7994
Bu ay: 69138
Ümumi: 17289591
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın