/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ukrayna hökuməti BMT-dən kömək istəyir

Şriftin ölçüsü:  11px13px15px17px

Luqansk vilayətində Milli Qvardiya əskərləri ilə separatçılar arasında şiddətli qarşıdurmalar başlayıb. Rubejnoe və Lisiçansk əyalətlərində onlarla ölən və xəsarət alanın olduğu bildirilir. Döyüşlər zamanı Dones çayı üzərindəki adı çəkilən şəhərələri birləşdirən iki körpüdən biri partladılıb, sərnişin avtobusları və yaşayış evləri atəşə tutulub. Sakinlər, evlərini tərk edərək cənub bölgələrə üz tutur.
Hazırda atışmalar davam edir. Donetsk vilayətində də oxşar vəziyyət yaşanır. Volnovaxa əyalətində separatçılar, tank əlehinə əl qumbarasından hərbi bazaya atəş açıblar. Qumbaralardan biri döyüş avtomobilinə düşərək onu sıradan çıxarıb. Bir neçə zirehli maşın isə qismən dağılıb. Müdafiə Nazirliyi təsdiq edib ki, saatlarla davam edən atışma nətiəcsində 8 milli qvardiya əskəri həlak olub, 20-i yaralanıb.
Ukrayna hakimiyyəti isə BMT-yə müracit edərək tezliklə Təhlükəsizlik Şurasının iclasının çağrılmasını xahiş edib. Daha sonra baş nazir, həmçinin, bu gecə saatlarında rusların, artıq 4-cü dəfə Ukrayna sərhədlərini pozmağa cəhd etdiyini və nəticədə bir neçə sərhədçinin həlak olduğunu deyib. O, rus qoşunlarının sərhəddən çəkilməsi ilə bağlı bəyanatı da cəfəngiyyat adlandırıb.
Bu arada Ukrayna kəşfiyyatı, Rostov-Don şəhəri yaxınlığında Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün rus döyüşçülərinin hazırlandığı hərbi baza aşkar edib. Belə bir məlumatı ukraynanın milli təhlükəsizlik və müdafiə katibi Andrey Parubiy verib. Onun sözlərinə görə adı çəkilən bazada yüzlərlə terrorçuya hərbi və kəşfiyyat tipli təlimlər keçirilərək, Ukrayna ərazisinə göndərilir. Bu faktı, həbs edilmiş separatçılar da təsdiqləyib.

19:00 / 22.05.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 6198
Bu ay: 134820
Ümumi: 14269181
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın