/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ukrayna NATO üzvü ola bilər

Şriftin ölçüsü:  11px13px15px17px

Ukrayna tezliklə NATO – nun üzvü ola bilər. Bu məsələ Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə müzakirə edilib. Ali Rada isə Daxili İşlər Nazirliyinə millətçi «sağ sektor» üzvlərinin dərhal tərksilah edilməsi barədə tapşırıq verib. Brüsseldə, NATO xarici işlər nazirlərinin toplantında çıxış edən Almaniya xarici siyasət idarəsinin rəhbəri Frank-Valter Ştaynmayer bildirib ki, ölkəsi Ukraynanın alyansa üzv qəbul edilməsini dəstəkləyir. «Avropada hərbi münaqişəyə yol vermək olmaz. Buna görə də Ukrayna ətrafındakı problemlərin dialoq və diplomatik yolla həllinə çalışmalıyıq». Bu fikirlər isə alyansın baş katibi Anders Foq Rasmussenə məxsusdur. Bu arada rəsmi Kiyev artıq millətçi «Sağ sektor» təşkilatının özbaşınalıqlarına dözmək fikrində deyil. Belə ki, maydan fəalı və sağ sektor nümayəndəsi arasındakı mübahisənin atışmaya çevrilməsi, milisi konkret addımlar atmağa vadar edib. Hüquq-mühafizə orqanları millətçilərin qərargahı hesab edilən «Dnepr» mehmanxasından sağ sektorçuları çıxarıblar. Ali Rada isə hərəkat üzvlərini silahı yerə qoymağa çağırıb. Millətçi Muzıçkanın ölümü ilə bağlı parlament üzvlərindən ibarət təhqiqat komissiyası isə daxili işlər naziri Arsen Avakovun vəzifədən uzaqlaşdırılması tələbi ilə çıxış edib. «Əsas şübhəlilərdən biri olan Avakovun araşdırmaların getdiyi bir vaxtda nazir postunu tutması təhqiqatın işinə mane olur. Buna görə də, o vəzifəsindən müvəqqəti də olsa, kənarlaşdırılmalıdır» komissiya tələbini belə izah edib. Qeyd edək ki, Muzıçka ölümündən iki gün öncə «O erməni naziri it kimi asacam» - deyə Avakovu hədələmişdi «Gömrük İttifaqı Ukrayna üçün daha faydalıdır və mən prezident seçilsəm İttifaqa qoşulmaqla Krımı da geri alacam». Senzurasız çıxışları ilə ölkədə sevilən Regionlar Partiyasının namizədi Mixayil Dobkin belə deyib. Əlavə edib ki, Kiyev böhrandan çıxmaq üçün iqtisadi sahədə açıq qapı siyasəti yürütməlidir və Rusiya ilə bütün əlaqələri bərpa etməlidir. Prezidentliyə digər namizəd - Yuliya Timaşenko isə fərqli düşünür. «Qərb Ukrayna ilə hərbi əməkdaşlığı fəallaşdırmalıdır. Əks halda Kiyev Moskvanın növbəti təcavüzlərinə məruz qalacaq». Timoşenko belə deyib. Bildirib ki, ölkənin hərbi qüdrəti artırılmalıdır. Əks halda Rusiya Krım kimi, ölkənin digər vilayətlərini tərkibinə qatacaq.

19:00 / 01.04.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 13973
Bu ay: 357798
Ümumi: 20793063
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın