
Şimali Atlantika bloku hər bir Avropa ölkəsini öz tərkibinə qəbul etməyə hazırdır. Bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib. «ABŞ və tərəfdaşları bir daha, üzvlüklə bağlı vəzifə və öhdəlikləri üzərilərinə götürməyə qadir olan hər bir ölkə üçün NATO - nun qapılarının açıq olduğunu təsdiqləyir»-deyə Kerri bildirib. Bunula belə Kerri konkret ölkə adı çəkməyib. Qeyd edək ki, Kerrinin bəyanatı NATO - nun ardıcıl genişlənməsi ilə əlamətdar olan tarixin ildönümünə təsadüf edib. Belə ki,1999cu ilin mart ayında Macarıstan, Polşa və Çexiya 2004cü ilin eyni ayında isə Bolqarıstan, Litva, Rumıniya, Estoniya, Slovakiya və Sloveniya, 2009cu il, aprelin 1-də isə Albaniya və Xorvatiya NATO - ya üzv olublar. Kerri bildirib ki, hərbi alyans Avropaya demokratiya, trəqqi və sabitlik gətirib.
15:00 / 01.04.2014