/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO-nun kəşfiyyat təyyarələri Ukrayna ərazisinə nəzarət edəcək

Şriftin ölçüsü:  11px13px15px17px

Ukraynadakı vəziyyəti müşahidə etmək üçün NATO hərbi vasitələrdən istifadə olunacaq. Belə ki, təşkilatın kəşfiyyat təyyarələri Polşa və Rumıniyanın hava məkanında keşik çəkməklə ukraynaya nəzarət edəcək. BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə son 10 gün ərzində keçirilən sayca beşinci iclası isə nəticəsiz yekunlaşıb. BMT Təhlükəsizlik Şurasının toplantısında təşkilatın baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman da iştirak edib. Təhlükəsizlik Şurasının sədri, Lüksemburqun BMT-dəki daimi nümayəndəsi Silvi Lukas bildirib ki, müzakirələrin əsas mövzusu Krımda keçiriləcək referendum olub. Onun sözlərinə görə şuranın bir sıra üzvləri referendun əleyhinə çıxış ediblər. Fransanın təşkilatdakı daimi nümayəndəsi Jerar Aro nəticəsiz olsa belə, təhlükəsizlik şurasında görüşlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Fransalı diplomat böhranın dinc yolla tənzimlənəcəyinə əminlik ifadə edib. Qeyd edək ki, martın 13-də Ukraynanın baş naziri Arseni Yatsenyukun Təhlükəsizlik Şurası üzvləri ilə görüşəcəyi gözlənilir. Bu arada martın 16-da Krımda keçiriləcək referendum zamanı seçki məntəqələrinin təhlükəsizliyini muxtariyyətin slahlı qüvvələrinin 1500 hərbçisi qoruyacaq. Bəyanatı Krımın baş naziri Sergey Aksyonov verib. Hökumət rəhbərinin sözlərinə görə Krım Rusiyaya birləşərsə, silahlı qüvvələr də Rusiya ordusunun tərkibinə keçəcək. Yeri gəlmişkən, Krımın Ali Şurası ATƏT müşahidəçilərini referenduma rəsmən dəvət edib. Rəsmi Kiyev isə Krım xəzinəsindəki 110 milyon dollar vəsaiti dondurub. Məlumatı Krım parlamentinin mətbuat xidməti yayıb. Bu pulların maaş, təqaüd və sosial xərclər üçün nəzərdə tutulduğu bildirilir. Krım Ali Şurası Kiyevin qərarından məhkəmə şikayəti vermək niyyətindədir. Dünya Bankı isə Ukraynaya 3 milyard dollar həcmində yardım ayıra bilər. Məlumat bankın bəyanatında əksini tapıb. Bəyanatda qeyd olunur ki, Ümumdünya Bankı kompleks struktur islahat proqramlarının reallaşmasında Ukrayna xalqına və hökumətinə dəstək göstərməyə davam edəcək. Bu yolla Ukraynada iqtisadi qeyri-sabitliyin dəf olunması, bank sektoru və enerji sahəsinin möhkəmləndirilməsi nəzərdə tutulur. Bu arada NATO-nun xüsusi aviasiya kompleksi ilə təchiz olunmuş kəşfiyyat təyyarələri Ukraynadakı vəziyyəti nəzarətdə saxlamaq üçün Polşa və Rumıniyanın hava məkanında keşik çəkəcək. Xəbəri bbs yayıb. Mənbənin məlumatına görə bu tədbir alyansın Ukraynadakı vəziyyətlə bağlı məlumat imkanlarını artıracaq. Bundan başqa, NATO-nun yaydığı xəbərə görə kəşfiyyat təyyarələri yalnız təşkilata üzv ölkələrin hava məkanında hərəkət edəcək.

09:00 / 11.03.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 13960
Bu ay: 357785
Ümumi: 20793050
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın