
NATO qüvvələrinin Əfqanıstanın mərkəz hissəsinə hava zərbəsi nəticəsində 5 əfqan hərbçisi həlak olub. 17 nəfər isə yaralanıb. Hökumət nümayəndəsinin məlumatına görə insident mərkəzi Loqaru əyalətində baş verib və yaxın vaxtlarda insidentlə bağlı rəsmi məlumat açıqlanacaq. NATO komandanlığı isə hadisə ilə bağlı şərh vermir. Faktla bağlı araşdırma aparılır.
15:00 / 06.03.2014