/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT Suriya müxalifətinin tələbini yerinə yetirdi

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya Türkiyyə sərhəddində 2 güclü partlayış baş verib. Ölən və yaralananlar var. Suriyda daxili vəziyyətin sabitləşməsi üçün keçrilməsi nəzərdə tutulan «Cenevrə-2» konfransı isə İranın iştirakı olmadan keçiriləcək.
Suriya Türkiyə sərhəddində iki güclü partlayış baş verib. Hadisə Babel sərhəd keçid məntəqəsində, Türkiyənin Cilvəgözlü sərhəd keçid məntəqəsinin qarşısında baş verib. Verilən məlumata görə partlayışlar nəticəsində 16 nəfər həlak olub daha 50 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Partlayışlar 5 dəqiqəlik fasilə ilə baş verib. İlkin məlumata görə terror aktının məsuliyyətini Əl Qaidə terror təşkilatı öz üzərinə götürüb. Suriya prezidenti Bəşər Əsəd isə Türkiyəni terror ixrac edən ölkə adlandırıb. O, Fransanı Qətər və Səudiyyə Ərəbistanından böyük məbləğdə maliyyə vəsaiti alaraq suriyalı müxalif qüvvələri dəstəkləməkdə ittiham edib. Türkiyənin «Sabah» qəzetinin verdiyi məlumata görə Bəşər Əsəd Fransanı və Körfəz ölkələrini tənqid edərək Avropa İtifaqının Yaxın Şərq siyasətinin artıq Amerika Birləşmiş Ştatları tərəfindən müəyyən edildiyini bildirib. Qeyd edək i, Fransa Suriya müxalifətini tanıyan ilk Avropa ölkəsidir. Bu arada İran Suriya üzrə beynəlxalq «Cenevrə-2»konfransında iştirak etməyəcək. Bu xəbər isə BMT baş katibi Ban Ki Muna istinadən yayılıb. Məlumatda İran tərəfinə göndərilən dəvətin ləğv ollunduğu bildirlir. BMT-dən verilən məlumata görə «Suriya münaqişəsinin tənzimlənməsi prosesində İranla BMT arasında fikir ayrılıqları var» İran İslam Respublikaının BMT-dəki səfiri isə dəvətin ləğv edilməsi ilə əlaqədar təəssüf hissi keçirdiyini deyib.
Qeyd edək ki, bir müddət öncə Suriya müxalifəti İranın «Cenevrə-2» konfransına dəvət ediləcəyi təqdirdə həmin konfransda iştirak etməyəcəyini bəyan etmişdi. Suriyanın müxalif inqilabi qüvvələrinin milli koalisiyası yalnız dəvətin ləğvindən sonra danışıqlarda iştirak edəcəyini bildirmişdi. Ekspertlərin fikrincə müxalifətin bu iddialarının nəzərə alan BMT baş katibi İranın konfransa dəvətini ləğv edib.

09:00 / 21.01.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 13972
Bu ay: 427420
Ümumi: 15777656
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın