/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT TŞ Suriyadakı vəziyyəti müzakirə edib

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya BMT-nin mandatı olmadan Suriyaya qarşı güc tətbiqini yolverilməz hesab edir. ABŞ isə dinc yolla da olsa Əsədin devrilməsində israrlıdır. Bu arada Britaniya hökumətinin ölkənin bir neçə şirkətinə Suriyaya kimyəvi maddələrin ixracına dair lisenziya verməsi faktı ortaya çıxıb.
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanın Suriya məsələsi üzrə dialoqu davam etdirmək qərarını müsbət qarşılayıb. Bu barədə «Nyu-York tayms» qəzeti məlumat yayıb. Suriyada kimyəvi silahın tətbiqinə gəldikdə isə Putin bunun üsyançılar tərəfindən edildiyini bildirib. Prezidentin sözlərinə görə, ABŞ-ın digər ölkələrin daxili işinə qarşıması faktından ehtiyatlanmaq lazımdır. O, bu siyasətin ABŞ-ın uzunmüddətli maraqlarına uyğun gəldiyinə şübhə ilə yanaşdığını qeyd edib. «ABŞ-ın Suriyaya zərbə endirməsi çoxlu sayda günahsız insanın ölümünə və münaqişənin ölkə hüdudlarından kənara çıxmasına gətirib çıxaracaq»-deyə Putin bildirib. Rusiya lideri həmçinin, BMT Təhlükəsizlik Şurasının mandatı olmadan Suriyaya qarşı güc təbiqinin yolverilməz olduğunu vurğulayıb. Yeri gəlmişkən, Təhlükəsizlik Şurasının 5 daimi üzvü Suriyadakı vəziyyəti müzakirə etmək üçün bir araya gəliblər. Görüşdə Suriyadakı kimyəvi silah arsenalının beynəlxalq nəzarətə verilməsi təşəbbüsü müzakirə olunub. Lakin danışıqların təfərrüatları barədə mətbuata məlumat verilməyib.

13:00 / 12.09.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 33
Bu gün: 9042
Bu ay: 260505
Ümumi: 14394866
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın