/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT Suriya ilə bağlı yeni hesabatını açıqladı

Şriftin ölçüsü:  11px13px15px17px

Britaniya Suriyaya kimyəvi silahdan müdafiəyə qarşı silah göndərəcək. Sözügedən silah kimyəvi silahın qarşısını tam almaq iqtidarında deyil. Sadəcə kimyəvi silahın istifadəsindən sonra bu silah vasitəsi ilə 20 dəqiqə ərzində havadakı zarin qazı təmizlənir. Sözügedən silah təxminən 655 min funt-sterlinq dəyərindədir. Lakin onun hələlik Suriyaya nə vaxt gətiriləcəyi dəqiqləşməyib. Qeyd edək ki, artıq Böyük Britaniya birləşmiş ştatlar və Rusiya Suriyada kimyəvi silahdan istifadə faktını təsdiqləyib. Britaniya və ABŞ rəhəbrliyi bu tip silahların hökumət, Rusiya isə üsyançılar tərəfindən istifadə olunduğunu iddia edir. Bu arada BMT Suriyada döyüşlər zamanı ölən və qaçqın düşən insanların sayı ilə bağlı yeni rəqəmlər açıqlayıb. Ölkədən qaçanların və evlərini atıb Suriyanın digər ərzilərinə gedənlərin sayı 6.8 milyona çatıb. Bundan 1.8 milyonu ölkə sərhədlərindən kənara üz tutanladır. Hər gün orta hesabla 6 min suriyalı ya yaşayış yerlərini dəyişir, ya da ölkə ərazsini tərk edir. Bu isə son 20 ildə dünya tarixində yaşanan ən acınacaqlı haldır. Qeyd edək ki, xaricə üz tutan 1.8 miylon suriyalı qaçqından təxminən 600 mini Livanda, 160 mini İraqda, 90 mini Misirdə 1 milyondan artığı isə Türkiyə və İordaniyada məskunlaşıb. Hesabata görə Suryiada öldürülənlərin sayı artıq 92 minə çatıb. Hər ay ölkədə orta hesabla 5 min insan öldürülür. İndiyə kimi qətlə yetirilənlərin 6600-ə yaxını azyaşlı uşaqlardır. Bunların 1700-dən çoxu isə yaşı 10–a çatmayan körpələrdir. BMT–nin yaxın aylar üçün proqnozları da bədbindir. Belə ki, avqust ayının sonuna kimi ölü sayının 100 mini, qaçqınların sayının isə 8 milyonu ötəcəyi gözlənilir

13:00 / 17.07.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 65
Bu gün: 11277
Bu ay: 435804
Ümumi: 15202345
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın