/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiyalı oliqarx boğulub

Şriftin ölçüsü:  11px13px15px17px

Britaniya polisi müəmmalı şəkildə ölən rusiyalı milyarder Boris Berezovskinin nəşinin ekspertizasının ilkin nəticələrini açıqlayıb. Ekspertlər deyib ki, Berezovski özünü asaraq intihar edib. Amma mətbuat biznesmenin ölümü ilə bağlı müxtəif versiyalar irəli sürüb.
Bu, Boris Berezovskinin ölümü ilə bağlı araşdırmanın ilkin versiyasıdır. Britaniyalı tibbi ekspertlər nəşin ekspertizası zamanı heç bir zorakılıq izinin tapılmadığını deyiblər. Bildiriblər ki, polislər milyarderin ölümündə kiminsə əlinin olduğunu düşünürlərsə, səhv edirlər. Britaniya polisi Berezovskinin yaşadığı evdə radioaktiv maddə izinə rast gəlinmədiyini açıqlayıb. Amma hüquq-mühafizə orqanları Berezovskinin ölümü ilə bağlı təhqiqatı davam etdirmək niyyətindədir. Bundan sonra toksikoloji araşdırmalar və toxumaların analizi aparılacaq. Bu proses bir neçə həftə davam edəcək. Bütün bu analizlərdən sonra ölümlə bağlı rəsmi nəticələr araşdırılacaq. Mətbuat isə milyarderin ölümü ilə bağlı müxtəlif ehtimallar irəli sürüb. Britaniya kütləvi informasiya vasitələrinin məlumatına görə, meyidin yanında şarf aşkar olunub. Onu tibbi ekspertlərin və polisin ardınca evə daxil olan Berezovskinin keçmiş arvadı Qalina Beşarova tapıb. Bu fakt belə bir versiya irəli sürməyə əsas verib ki, oliqarxı boğaraq öldürə bilərlər. Bununla belə, polis hadisə vaxtı evə hər hansı kənar şəxsin daxil olduğu barədə heç bir fakt olmadığı, milyarderin ölümündə hansısa üçüncü tərəfin rolunun olduğunu irəli sürməyə heç bir əsas olmadığı barədə açıqlama yayıb. Milyarderin ən yaxın dostları isə iddia edirlər ki, o, boğularaq öldürülüb. Bunu ya özü edib, ya da kimsə bu prosesdə ona köməklik göstərib. Berezovskinin keçmiş həyat yoldaşı da bu cür düşünür. Bununla belə, biznesmenin yaxınlarının əksəriyyəti onun intihar edə biləcəyinə inanmır. Berezovskinin son həftələr təmasda olduğu bir neçə dostu isə Rusiyanın «Kommersant» qəzəetinə bildirib ki, milyarder ruhdan düşmüş vəziyyətdə olub. O, məhkəmədə rusiyalı milyarder Roman Abramoviçə 5 milyard dollar uduzduqdan sonra xeyli sarsılıb. Bunu əsas gətirən həmin şəxslər intihar ehtimalını istisna etmirlər.

13:00 / 26.03.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 3893
Bu ay: 324933
Ümumi: 20760198
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın