/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Katoliklərin yeni Papası var

Şriftin ölçüsü:  11px13px15px17px

Gərgin keçən səsvermədən sonra yeni Roma Papasının adı açıqlanıb. Bu Argentina arxiyepiskopu Xorxe Mario Berqoliodur. Roma-Katolik Kilsəsi tarixində ilk dəfə olaraq pontifik qeyri avropalıdır. Lakin Fransisk adını götürən Papa əslən İtaliyalıdır. Səsvermənin keçirildiyi Sikstin Kapellasının bacasından ağ tüstünün buraxılması konklavın yeni papanı seçdiyinə işarə olub. Ənənəyə əsasən yeni pontifikin adını Roma-Katolik Kilsəsinin kardinalı Jan-Lui Toran elan edib. O, latınca məşhur «Habemus papam», yəni papamız var ifadəsini səsləndirib. «Sizə böyük sevinc elan edirəm, bizim papamız var. Bu Fransisk adını götürən çox möhtərəm Xorxe Mario həzrətləridir»-deyə Toran elan edib. Yeni Roma Papasının adı elan oldunduqdan sonra eyvanda pontifikin özü görünüb. Fransisk hamını Roma pontifiki XVI Benedikt üçün dua etməyə çağırıb. O, möminlərə müraciət edərək sevgi, qardaşlıq və inam içərisində yaşamağı tövsiyyə edib. Bundan sonra fransisk ənənəvi xeyir-duasını səsələndirib. Pontifik katoliklərə müraciət edərək onun üçün də dua edilməsini istəyib. «Qardaşlar və bacılar! Səmimi qəbula görə təşəkkür edirəm. Mənə görə dua edin. Tezliklə görüşəcəyik. Gecəniz xeyirə qalsın!»-deyə papa Müqəddəs Pyotr Kilsəsi qarşısında toplaşanlarla sağollaşıb. Qeyd edək ki, yeni papanın 77 yaşı var. O sadəliyi ilə seçilir. Belə ki, Xorxe Mario Berqolio cümə axşamlarında yoxsulların ayağını yuyur, xəstəxanada QİÇS xəstələrini ziyarət edir. Onun daha üstün cəhəti mühafizəkar olmasıdır. O, abort və evtanaziya əleyhinədir. O, homoseksualizmi və eynicinsli nikahlara qarşı mövqeyi ilə tanınır. Berqolio 1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə italyalı emiqrant, dəmiryolçu ailəsində anadan olub. Ali təhsilini Argentinada alan Xorxe 22 yaşında Yezuitlər Ordeninə daxil olub. Berqolio Buenos-Ayresdəki katolik kolleclərində ədəbiyyat, fəlsəfə və teologiya fənlərini tədris edib. 1992-ci ildə o, Buenos- Ayresin köməkçi yepiskopu təyin olunub. 1997-ci ildə isə o, Buenos-Ayres arxiyepiskopu seçilib. 2001-ci ildə isə Roma Papası II İohan Pavel Berqolionu kardinal təyin edib. Yeni papa 2007-]i ildə ölkəmizdə səfərdə olub.

09:00 / 14.03.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 4533
Bu ay: 493815
Ümumi: 15260356
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın