
Avropa Birliyi Maliyə 300 milyon avro yardım ayıracaq. Fransa isə bu ilin mart ayında hərbi kontingentini Malidən çıxarmağa başlayacaq. Bu bəyanatla Fransanın xarici işlər naziri Loran Fabius çıxış edib.
Qeyd edək ki, hazırda Fransanın Maklidəki quru qoşunlarının sayı 4 min nəfərə yaxındır. Bu arada Rusiya Malidəki vəziyyəti tənzimləmək üçün bu ölkəyə əlavə beynəlxalq qüvvələrin cəlb olunmasının zəruriliyini istisna etməyib. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Genadi Qatilov bəyan edib. Qatilov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2085 saylı qətnaməsi Afrika sülhməramlı qüvvələrinin Maliyə cəlb olunmasını nəzərdə tutur. Onun sözlərinə görə Malidə vəziyyətin mürəkkəbləşməsi beynəlxalq birliyin cəld və effektiv fyəaliyyətini tələb edir. Yeri gəlmişkən, Avropa Birliyi Malidə dövlətçiliyin bərpası üçün bu ölkəyə 300 milyon avro yardım ayıracaq. Vəsait bu ilin sonunadək Bamakoya çatacaq. Bununla bağlı bəyanatı birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissari Ketrin Eşton verib. O, bu barədə Maliyə yardım üzrə beynəlxalq ekspert konfransının yekununda danışıb.
09:00 / 06.02.2013