/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT baş katibi Əsədə məktub göndərib

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya üsyançıları səfirə şəhərində hakim «Bəəs» partiyasının mənzil-qərargahını ələ keçiriblər. Adıçəkilən şəhərin yaxınlığında hərbi baza, zavod və silah anbarı yerləşir. Qərbli mütəxəssislər məhz bu ərazidə kimyəvi silah istehsal olunduğunu güman edirlər. Fakt təsdiqini tapsa, Səfirə şəhərinin hadisələrin inkişafında kifayət qədər əhəmiyyətli rol oynayacağı təkzibedilməzdir. Suriya hökumət qüvvələri isə üsyançılara qarşı əməliyyatları davam etdirirlər. Hərbçilər Dəməşqin bir sıra rayonlarında Əl-Qaidə ilə əlaqəli qruplarla amansız döyüşlərə başlayıblar. «Əl-Ən» agentliyinin məlumatına görə, ordu birləşmələri Diyabi və Zamalik rayonlarında iki silahlı dəstəni məhv ediblər. Bundan başqa, Dərayə rayonunun da üsyançılardan təmizlənməsinə başlanıb. Təhlükəsizlik qüvvələri burada 120-ə yaxın terrorçunun olduğunu bildirirlər. Bu arada BMT baş katibi Ban Gi Mun Suriya prezidenti Bəşər Əsədə məktub ünvanlayıb. O, vəziyyətdən asılı olmayaraq, ölkə başçısını kimyəvi silah tətbiq etməməyə çağırıb. Baş katib qeyd edib ki, analoji silah arsenalının təhlükəsizliyinin təmin olunmasına görə əsas məsuliyyəti hökumət daşıyır. Rəsmi Dəməşq isə öz növbəsində, kimyəvi silahdan istifadə ediləcəyi barədə qərbdə yayılan fikirləri, ölkəyə hərbi müdaxilə üçün növbəti bəhanə adlandırıb. Yeri gəlmişkən, Rusiya və amerikalı ekspertlər yaxın günlərdə bu ölkə üzrə xüsusi təmsilçi Lahdar Brahimi ilə görüşəcəklər. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib: «Bizim yüz faizlik olmasa da, Suriya böhranın tənzimlənməsi ilə bağlı hələ də şansımız qalıb. Buna görə də amerikalı həmkarlarımızla yaxın günlərdə Brahimi ilə görüşəcəyik. Görüş Cenevrə konvensiyasına uyğun olaraq, Suriyada real vəziyyətin qiymətləndirilməsi əsasında keçiriləcək. Rusiyalı nazir onu da bildirib ki, nəticənin necə olacağını zaman göstərəcək.

13:00 / 07.12.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 9191
Bu ay: 260654
Ümumi: 14395015
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın