
Gürcüstanın paytaxtındakı Lilo bazarında baş verən yanğın zamanı azərbaycanlılara məxsus çoxlu sayda ticarət obyekti yanıb. Hadisə bu gün səhər saatlarında baş verib. Ümumilikdə, 51 mağaza yanıb. «APA»-nın məlumatına görə, mağazaların əksəriyyəti soydaşlarımıza məxsus olub. Mağaza sahiblərinə külli miqdarda ziyan dəyib. Soydaşlarımız bildiriblər ki, malları sığorta şirkəti tərəfindən siğortalanıb. Yanğının elektrik xəttindəki qısa qapanmadan baş verdiyi ehtimal olunur.
13:00 / 15.11.2012