/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ərdoğan BMT TŞ – ni tənqid edib

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada döyüşlər davam edir. Son sutka ərzində 130-dan artıq insan qətlə yetirilib. Onlardan 70-i paytaxt Dəməşq ətrafında və Hələbdə gedən döyüşlər zamanı öldürülüb.
Məlumata görə, qətlə yetirilənlərin əksəriyyəti Azad Suriya Ordusunun döyüşçüləridir. Bu arada hərbi təyyarələr üsyançıların hələbdəki mövqelərinə raket zərbələri endiriblər. Döyüşlər Türkiyə sərhədlərinə yaxın İdlibdə də davam edir. Məlumata görə, bölgəyə Suriya ordusunun daha bir neçə yüz döyüşçüdən ibarət hərbi dəstəsi göndərilib. Üsyançılar isə şəhəri tərk etməyə başlayıblar. Bəzi məlumatlara görə, Colan yüksəklikləri Suriya ordusu tərfindən yenidən bombalanıb. Rəsmi Dəməşq ərazinin təsadüf nəticəsində atəşə tutulduğunu bəyan edib. İnsident nəticəsində ölən və yaralanan olmayıb. Yayılan məlumata görə, xeyli sayda əsgər silahı yerə qoyaraq müxalifətin tərəfinə keçib. Suriya prezidenti Bəşər Əsəd isə ölkədə vəziyyətin mətbuatda şişirdildiyi qədər acınacaqlı olmadığını bildirib. Rusiyanın «Rəşn Tudey» televiziya kanalına verdiyi müsahibədə Bəşər Əsəd, ordunun dinc sakinlərə atəş açmadığını və vətəndaşların hakimiyyəti dəstəklədiyini bildirib.
İndoneziyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə BMT Təhlükəsizlik Şurasını bir sıra regional məsələlərin, ən əsas da Suriya böhranının həlli istiqamətində effektiv addımlar ata bilməməkdə ittiham edib.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Misir hökumətinin Suriya münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planın böhrandan yeganə çıxış yolu olduğunu açıqlayıb. Onun sözlərinə görə, BMT Təhlüksəizlik Şurası hər hansı bir qətnamə qəbul etməməli və sözügedən planın icrasını dəstəkləməlidir . Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mürsi Türkiyə, İran, Səudiyyə Ərəbistan və Misirdən ibarət kvartetin yaradılmasını və münaqişə tərəfləri ilə danşıqlara başlamağı təklif edir.

19:00 / 09.11.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 6424
Bu ay: 135046
Ümumi: 14269407
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın