/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT-nin yaranmasından 67 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyanın 192 dövlətinin bir araya gəldiyi Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 67 illiyi qeyd olunur. Təşkilatın nizamnaməsi 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Bu gün həm də BMT-nin ən fəal üzvlərindən olan Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsindən 1 il ötür. 1945-ci ildə təsis edilən Birləşmiş Millətlər Təşkilatı ölkələr arasında sülh və təhlükəsizliyi təmin etmək missiyasını üzərinə götürüb. 67 illik fəaliyyəti dövründə 192 dövləti özündə birləşdirən BMT ilə Azərbaycan arasında əlaqələr 1992-ci ildən başalyır. BMT ailəsinə 20 ildir daxil olan Azərbaycan təşkilatın ən fəal üzvlərindən biridir. 1994-cü ildə BMT Baş Məclisinin sessiyasında ilk dəfə olaraq ulu öndər Heydər Əliyev iştirak edib. Bu yüksək tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Cənubi Qafqazda təhlükəsizlik məsələrinə Azərbaycanın verdiyi töhfələr təşkilat tərəfindən yüksək qiymətləndirilib. Bu gün də ölkəmizin dünyanın aparıcı və mötəbər beynəlxalq təşkilatı ilə əlaqələri inkişaf etdirilir. Dövlət müstəqilliyinin və quruma üzvlüyünün 20 ilində Azərbaycan daha böyük uğur qazandı. 2011-ci ilin bu günündə oktyabrın 24-də Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə keçirilmiş 17 raundluq səsvermədə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq, 2012-13-cü illər üçün quruma qeyi-daimi üzv seçildi. 2012-ci ilin yanvarında ölkəmiz Təhlükəsizlik Şurasına üzvlük səlahiyyətlərinin icrasına başladı. Bu ilin may ayında isə şuraya sədrlik Azərbaycana həvalə olundu. Mayın 4-də prezident İlham Əliyev Təhlükəsizlik Şurasının sədri kimi çıxış edərək, ali tribunadan terrorla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı çağırış etdi. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terroru qəti şəkildə pislədi.

13:00 / 24.10.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 6202
Bu ay: 134824
Ümumi: 14269185
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın