/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO – dan Türkiyəyə dəstək

Şriftin ölçüsü:  11px13px15px17px

«Türkiyə - Suriya münasibətləri gərginləşərsə, NATO Ankaranı dəstəkləyəcək». Belə bəyanatla Şimali Atlantiika Blokunun baş katibi Anders Foq Rasmussen çıxış edib. Azad Suriya Ordusunun döyuşçüləri isə İdlib əyalətindəki «Mərət Əl-Nüman» şəhərini ələ keçiriblər. Homs şəhərinin Xalidiyə rayonunda hökumət qüvvələri ilə üsyançılar arasında amansız döyüşlər gedir. Yüzdən artıq müxalifət tərəfdarının qətlə yetirildiyi bildirilir. Hələbin qərbindəki Ətərib rayonunda da döyüşlər ara vermir. Artıq iki həftədir ki, üsyançılar bu rayonu ələ keçirməyə can atırlar. Şəhər Suriya hərbi-hava qüvvələri tərəfindən ardıcıl raket atəşinə məruz qalır. Kfar-Turan, Zəvran, Kərəm Əl-Cəbəl rayonlarında aparılan əməliyyatlar nəticəsində xeyli üsyançı və onların nəqliyyat vasitələri məhv edilib. Bu arada üsyançılar İdlib əyalətindəki Mərət Əl-Numan şəhərini ələ keçiriblər. Şəhər elə də böyük olmasa da, mühüm strateji əhəmiyyət kəsb edir. Məhz Hələbdəki müxalifət tərəfdarlarına məhz bu yaşayış məntəqəsi vasitəsilə döyüş texnikası və sursat ötürülür.

13:00 / 10.10.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 4983
Bu ay: 347459
Ümumi: 13837075
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın