/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO-da Suriya Türkiyə məsələsi müzakirə edilməyəcək

Şriftin ölçüsü:  11px13px15px17px

«Artıq Türkiyə Suriya tərəfindən edilən hər bir hücuma dərhal cavab verəcək». Bu bəyanatla Türkiyə hökumət rəsmisi Bülent Arınç çıxış edib. Məsələyə prezident Abdullah Güldə münasibət bildirib. Türkiyə prezidenti Abdullah Gül də Türkiyə-Suriya sərhədində baş verənlərə münasibət bildirib. O, hazırda Suriyada xoşagəlməz ssenarinin yaşandığını bəyan edib. Abdullah Gül beynəlxalq birliyi bu barədə düşünməyə çağırıb. O, həmçinin deyib ki, Türkiyə öz vətəndaşlarını qorumaq üçün əlindən gələni edəcək. Bu arada Suriyanın paytaxtı Dəməşqin şərqindəki Harasta rayonunda güclü partlayış baş verib. Bu barədə Suriyanın Əl-Əhbariyə telekanalı məlumat verib. Bir çox ətraf ərazilərdə də səsi eşidilən partlayış polis və təhlükəsizlik qüvvələrinin yaşadığı rayonda törədilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Livanın Əl-Manar telekanalının məlumatına görə partlayış terrorçu-kamekadze tərəfindən törədilib. Suriya mövzusu və Türkiyə ilə sərhəddəki münaqişə bu gün və sabah keçiriləcək NATO-nun müdafiə nazirləri səviyyəsində görüşünün gündəliyinə salınmayacaq. Bu barədə NATO-nun mətbuat xidmətinin nümayəndəsi Karmen Romero məlumat verib. Buna baxmayaraq, NATO rəsmisi müzakirə zamanı lazım bildikləri istənilən mövzuya toxunacaqlarını da istisna etməyib. Odur ki, görüşdə Suriyadakı hərbi münaqişə mövzusu müzakirə olunsa belə, yekunda hər hansı-bir qərarın qəbul ediləcəyi gözlənilmir. «Hürriyyət» qəzetinin yazdığına görə Türkiyə və Misirin hərbi-dəniz qüvvələri Aralıq dənizində Suriya sahilləri yaxınlığında 1 həftəlik təlimə start veriblər. Dostluq dənizi adı altında keçirilən təlimlər oktyabrın 14-dək davam edəcək.

09:00 / 09.10.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 5137
Bu ay: 347613
Ümumi: 13837229
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın