/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT TŞ –da fikir ayrılığı

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Təhlükəsizlik Şurasının iclasında yenə də əsas mövzu Suriya məsələsi olub. BMT baş katibi Ban Ki Mun Suriyadakı münaqişənin hərbi həll yolunun olmadığını bəyan edib. Bununla yanaşı, Rusiyanın BMT yanındakı daimi nümayəndəsi Vitali Çurkin təhlükəsizlik şurasının Suriya ilə bağlı qətnamə qəbul etməsini deyil, Lahdar Brahiminin fəaliyyətinə diqqət ayırmalı olduğunu bəyan edib. Bu arada Dəməşqdə baş qərargah binasının qarşısında törədilən partlayışa görə Suriya ordusu məsuliyyəti 2 kamekadzenin boynuna qoyub. Bu barədə ordunun rəsmi nümayəndələrindən biri dövlət televiziyasının efirində bəyanat verib. Qeyd edək ki, partlayış zamanı binanı mühafizə edən 4 hərbçi həlak olmuş, eləcə də, 14 nəfər yaralanmışdı. Yaralılar arasında dinc sakinlər də olub. Hadisədən sonra verilən məlumatda partlayışa görə Azad Suriya Ordusunun məsuliyyəti öz üzərinə götürdüyü bildiriliridi. Yeri gəlmişkən, «Əl-Ərəbi» internet portalının məlumtına görə üsyançı Azad Suriya Ordusunun bir neçə zabiti Bəşər Əsədə sadiq qüvvələrin tərəfində keçdiklərini bəyan edib. Bu bəyanat Dəməşqdə müxaliətçilərin konfransında səslənib. Üsyançı hərbçilər müxalifətlə aralarının dəydiyini və hakim rejimə qarşı mübarizə aparmaqdan imtina etdiklərini bəyan ediblər. Əvvəl Suriya ordusundan qaçan və Azad Suriya Ordusu tərəfinə keçən hərbçilər səhvlərini etiraf ediblər. Konfransda müxalif partiyalar və vətəndaş cəmiyyəti hərəkatları iştirak edib. Konfrans iştirakçıları Bəşər Əsəd rejimini və silahlı müxalifəti dərhal zorakılığı dayandırmağa çağırıblar.

09:00 / 27.09.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 6258
Bu ay: 134880
Ümumi: 14269241
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın