
Bu gün Avstriyanın paytaxtı Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin toplantısında İranla bağlı yeni qətnamə qəbul oluna bilər. Altılıq ölkələri tərəfindən tərtib olunan qətnamə layihəsi bu gün səsverməyə çıxarılacaq. Sənəddə İranın heç bir ilkin şərt irəli sürmədən qətnamənin müddəalarına əməl etməsi, «Pərçin» hərbi sənayə kompleksinin fəaliyyətini və uranın zənginləşdirilməsi prosesini dayandırması, həmçinin rəsmi Tehranın agentliyin müşahidəçilərinin ölkəyə daxil olmasına icazə verməsi əksini tapıb.
19:00 / 13.09.2012