/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Moskva və Pekin İranın nüvə proqramına qarşı

Şriftin ölçüsü:  11px13px15px17px

İran prezidenti Mahmud Əhmədinecat yenidən qalmaqallı bəyanatla gündəmə gəlib. Rusiya və Çin isə İranın nüvə proqramına münasibətdə sərt mövqe tutmağa razılaşıblar. İran prezidenti Mahmud Əhmədinecat maraqlı bəyanatla çıxış edib. «Düşmənlərimiz ölkəmiz üzərindəki buludları qəsdən qovurlar ki, quraqlıq olsun. Bu müharibədə qələbə bizimlə olacaq»-deyə prezident bəyan edib. Əhmədinecat düşmənlərinə qarşı hansı yolla mübarizə aparacağından isə danışmayıb. Qeyd edək ki, İslam Respublikasının prezidenti bu ilin mayında da Qərbi, İranda süni quraqlıq yaratmaqda ittiham etmişdi. Bu arada Qərb ölkələri Rusiya və Çini İranın nüvə proqramına qarşı daha sərt mövqe tutmağa razı salıblar. Mənbələrin məlumatına görə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən görüşündə Moskva və Pekinin, Tehranın nüvə tədqiqatları ilə əlaqədar ciddi narahatlıq ifadə etməyə razı salmağa müvəffəq olublar. Diplomatlar qeyd ediblər ki, beynəlxalq vasitəçilərdən ibarət altılıq ölkələrinin nümayəndələri danışıqların gedişində mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşmasına nail olublar. Lakin hazırda Moskva və Pekinin İranı hansı formada ittiham edəcəyi məlum deyil. Yeri gəlmişkən, ABŞ və İsrail arasında İranla bağlı mübahisə yaranıb. ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ – a səfəri zamanı onunla görüşməyəcək. İsrailin yüksək dairələrinə məxsus mənbələrin məlumatına görə, Netanyahu Obama ilə görüşmək üçün müraciət etsə də, ağ evin imtinası ilə qarşıllaşıb. Rəsmi məlumatlara görə isə ağ ev rəhbəri baş nazirlə qrafikinin sıx olması səbəbindən görüşə bilməyəcək. Obamanın görüşdən imtina etməsi barədə məlumat İsrail baş nazirinin ABŞ-a qarşı sərt bəyanatından sonra yayılıb. Xatırladaq ki, Netanyahu bəzi dövlətlərin İsraili İrana hücum etməkdən çəkindirdiyini bəyan edib. Analitiklər «Bəzi dövlətlər» deyəndə baş nazirin ABŞ – ı nəzərdə tutuduğunu bilidirlər.

13:00 / 12.09.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 5493
Bu ay: 256689
Ümumi: 13746305
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın