/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO Suriya münaqişəsinə müdaxilə etməyə hazırlaşmır

Şriftin ölçüsü:  11px13px15px17px

Böyük Britaniya Suriyaya dair yeni qətnamənin mətninə hərbi güc tətbiqini nəzərdə tutan bəndin salınmasını tələb edir. NATO isə münaqişəyə müdaxilə etməyə hazırlaşmır. Bunu alyansın baş katibi Anders Foq Rasmussen bəyan edib. NATO rəhbəri Liviyadakı hadisələrlə Suriya münaqişəsi arasında əhəmiyyətli fərq olduğunu bildirib. Onun sözlərinə görə, Liviyaya NATO-nun müdaxiləsi, BMT və region ölkələri tərəfindən dəstəklənmişdi. Rasmussen, Suriya münaqişəsinə müdaxilə etmək üçün NATO-ya heç bir çağırış edilmədiyini vurğulayıb. Digər tərəfdən isə qurumun baş katibi Suriyada vahid müxalifətin olmadığını, müxalif qrupların bir hissəsinin isə münaqişəyə xarici müdaxilənin yolverilməz olduğunu hesab etdiyini qeyd edib. Böyük Britaniya isə Suriya üzrə yeni qətnamənin mətninə hərbi gücün tətbiqini nəzərdə tutan BMT nizamnaməsinin 7-ci bəndinin daxil edilməsini tələb edir. Bildirildiyinə görə, BMT Təhlükəsizlik Şurasında bu qətnamənin qəbulu Suriyada hadisələrin Liviya və ya İraq ssenarisi üzrə inkişafını istisna etmir. Qətnamə layihəsinin gələn həftə səsverməyə çıxarılacağı gözlənilir. Ərəb Dövlətləri Birliyinin baş katibi Nabil Əl-Ərəbi də bənzər bəyanatla çıxış edib. O, bildirib ki, Təhlükəsizlik Şurasında Suriyaya dair güc tətbiqini nəzərdə tutan sənəd qəbul edilməzsə, ölkədə zorakılığa son qoyulmayacaq. Əl-Ərəbi eyni zamanda Suriyada baş verənlərin vətəndaş müharibəsi hesab etmədiyini vurğulayıb. Suriyada isə gərginlik səngimir. Dəməşqin mərkəzində 3 partlayış törədilib. Mərcə meydanında yerləşdirilən bombanın partladılması nəticəsində 3 nəfər xəsarət alıb. Dəməşq ətrafındakı Cermana rayonunda isə atışma baş verib. Atışma baş verən yerdə Suriya xüsusi xidmət orqanlarının hərbi-hava kəşfiyyatının idarəsi yerləşir. Amansız döyüşlər Duma, Mliha və Beyt-Səhmada da davam edir. Azad Suriya Ordusunun birləşmələrinə qarşı irimiqyaslı hərbi əməliyyatlar isə Hələb şəhərinin Ətəribə, Xəyanə, və Tel-Rifat yaşayış məntəqələrində davam edir. Bu yaşayış məntəqələrinin sakinləri ölkəni tərk edərək, Türkiyəyə keçirlər.

13:00 / 05.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 23972
Bu ay: 433388
Ümumi: 13923004
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın