/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO Suriyaya xəbərdarlıq etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Brüsseldə NATO – nun fövqəladə iclası keçirilib. Rəsmi Ankaranın təkidi ilə çağırılan iclasda Türkiyə ilə Suriya arasında vəziyyətin gərginləşməsi və alyansın bu istiqamətdə atacağı addımlar müzakirə edilib. Toplantıdan sonra mətbuat konfransı keçirən NATO – nun baş katibi Anders Foq Rasmussen, jurnalistlərin suallarını cavablandırıb.
Rasmussen toplantının detalları barədə açıqlama verməyib. Yalnız onu əlavə edib ki, NATO, Suriya rəhbərliyinin bu addımını kəskin pisləyir. Buna rəğmən Rasmussen, Şimali Atlantika Blokunun nizamnaməsinin beşinci maddəsinin hələlik gündəmə gətirilmədiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, NATO nizamnaməsinin beşinci maddəsinə əsasən, quruma üzv dövlətlərdən birinə edilmiş hər hansı silahlı müdaxilə, bütün üzv ölkələrə və ümumilikdə alyansa edilmiş hədə kimi qiymətləndirlir. Maddə lazım gələrsə, hərbi müdaxiləyə başlanılmasını nəzərdə tutur. Yeri gəlmişkən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı Suriya ilə münasibətlərdə bundan sonra atılacaq addımlarla bağlı bəyanat verib. Baş nazir ölkəsinin, bəzi maraqlı qüvvələrin təxribatına getməyəcəyini, lakin baş verənlərə laqeyd də qalmayacağını bildirib. Ərdoğanın sözlərinə görə, Türkiyə vaxtı və məqamı çatan zaman lazımi tədbirləri görəcək. Atılacaq addımlar beynəlxalq hüquq normaları çərçivəsindən kənara çıxmayacaq. Ərdoğan Suriya tərəfini ölkəsinin təhlükəsizliyinə və suverenliyinə hədə ola biləcək hər hansı bir addımdan çəkinməyə çağırıb. Moskvanın məsələ ilə bağlı mövqeyi isə dəyişməz olaraq qalır. Yaxın Şərqdə səfərdə olan Rusiya prezidenti Vladimir Putin, Türkiyə və NATO - nu Suriyaya qarşı hərbi müdaxilədən çəkinməyə çağırıb. O, diplomatik danışıqların məsələnin yeganə həll yolu olduğunu bir daha diqqətə çatdırıb.
Bu arada Suriyada gərginlik davam edir. Homs, Dera, İdlib və paytaxt Dəməşq də daxil olmaqla, bir sıra bölgələrdə əsgərlər etirazçılara atəş açıblar. Nəticədə 20-yə yaxın insan qətlə yetirilib. Xeyli sayda yaralı var. Onların arasında qadınların da olduğu bildirilir.

19:00 / 26.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 14545
Bu ay: 265741
Ümumi: 13755357
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın