/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO yaranmış vəziyyəti müzakirə edəcək

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün NATO-nun Mənzil - Qərargahında Türkiyə hərbi hava qüvvələrinə məxsus təyyarənin Suriya tərəfindən vurulması məsələsi müzakirə olunacaq. «Türkiyə təyyarənin Suriya tərəfindən vurulmasına cavab olaraq, bu ölkəyə qarşı hərbi əməliyyat aparmağı nəzərdən keçirmir». Belə açıqlama ilə Türkiyə baş nazirinin müavini - Bülənt Arınç çıxış edib. Bülənt Arınçın sözlərinə görə, Ankara problemi diplomatik yolla həll etmək niyyətindədir. Arınç həmçinin qeyd edib ki, Türkiyə Suriyaya elektrik enerjisi verilişini azaltmaq barədə düşünür. Onun sözlərinə görə, proses elə həyata keçiriləcək ki, bu, sıravi Suriya vətəndaşlarının gündəlik həyatına təsir göstərməsin. Birləşmiş Ştatlarda isə hesab edirlər ki, Suriya Türkiyə hərbi hava qüvvələrinə məxsus qırıcını qəsdən vurub. Bunu Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib. Bu gün NATO-nun mənzil-qərargahında Ankaranın tələbi ilə səfirlər səviyyəsində planlaşdırılmamış iclas keçiriləcək. İclasın gedişində Türkiyə öz tərəfdaşlarını təyyarənin vurulması ilə bağlı məlumatlandıracaq. Məsləhətləşmələr ilk növbədə alyansın növbəti addımlarının müəyyənləşməsinə yönələcək. NATO – nun baş katibi Anders Foq Rasmussen dəfələrlə qeyd edib ki, son bir il ərzində alyans Suriya münaqişəsinin tənzimlənməsində rol oynamır. Bu gün həmçinin Təhlükəsizlik Şurası qapalı rejimdə BMT missiyasının Suriyadakı statusu barədə məlumatları dinləyəcək. Cenevrədə videokonfrans rejimində keçirilən brifinqi BMT və Ərəb Dövlətləri Birliyinin xüsusi nümayəndəsinin müavini Nasir Əl-Kidva aparacaq. Ekspertlərin fikrincə brifinqdə müzakirə olunacaq əsas mövzu iyunun 30-da Cenevrədə keçiriləcək Suriya üzrə beynəlxalq konfransın perspektivləri olacaq. Forumun keçirilməsi ideyası ilə Rusiya çıxış edib. Tədbirdə BMT-nin 5 daimi üzvü, İraq, İordaniya, Livan, Türkiyə kimi ölkələrdən başqa, Ərəb Dövlətləri Birliyi, Avropa Birliyi və İslam Əməkdaşlığı Təşkilatının iştirakı gözlənilir. Kofi Annan Suriya böhranının tənzimlənməsi üzrə Cenevrədə keçiriləcək beynəlxalq konfransa İranı dəvət etməyi təklif edir. Lakin o, bundan öncə müvafiq məsələyə dair Moskva ilə Vaşinqtonun razılığa gəlməsini istəyir. Bundan öncə isə Annan, İranın konfransda iştirakının əhəmiyyətli olduğunu vurğulamışdı. Onun sözlərinə görə Tehran Suriya məsələsinin həllinin bir hissəsi olmalıdır.

13:00 / 26.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 12688
Bu ay: 263884
Ümumi: 13753500
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın