/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Nüvə problemi üzrə danışıqlar İstanbulda davam etdiriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Altılıq ölkələri ilə İran arasında Tehranın nüvə proqramı üzrə danışıqlar 4-cü mərhələyə qədəm qoyur. Moskva danışıqlarında problemin həlli istiqamətində mövqelər yaxınlaşsa da, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Moskva görüşündə tərəflər konsensusa gələ bilməyiblər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı - Ketrin Eşton görüşün nəticələrindən danışıb. Onun sözlərinə görə, İranın nüvə məsələsinə həsr olunmuş danışıqların növbəti raundu iyulun 3-də İstanbulda keçiriləcək. Beləliklə, İstanbul danışıqları 3 istiqamətdə davam edəcək. İlk növbədə ekspertlər səviyyəsində, daha sonra Ketrin Eştonun müavini ilə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədr müavini Əli Bağıri arasında görüş keçiriləcək. Üçüncü görüş isə Eştonla Cəlili arasında baş tutacaq. Eşton tərəflərin mövqelərinin yaxınlaşmasını müsbət amil olduğunu vurğulayıb. Onun sözlərinə görə, Moskva danışıqlarında ilk dəfə olaraq İran tərəfi problemin tənzimlənməsi üzrə tədbirlərin müzakirəsnə qoşulub. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri Səid Cəlili də mətbuat qarşısına çıxıb. Cəlili İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa hazır olduğunu bildirib. Bunun əvəzində isə İrana qarşı tətbiq olunmuş bütün sanksiyaların götürülməsini tələb etdiklərini vurğulayıb. Ekspertlər isə İrana qarşı sankisiyaların daha da genişləndiriləcəyini düşünürlər. Danışıqların uzanmasını İran tərəfindən vaxt udulması kimi xarakterizə edənlər də var. İsrail, Moskva danışıqlarından öncə, altılıq ölkələri ilə İran arasında dialoqun baş tutmayacağı təqdirdə, müharibə variantının gündəmə gətiriləcəyi barədə xəbərdarlıq etmişdi. Lakin analitiklər yaxın 1 il ərzində regionda müharibə təhlükəsi görmürlər.

13:00 / 20.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 7131
Bu ay: 258594
Ümumi: 14392955
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın