/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İranın nüvə proqramı üzrə danışıqların üçüncü raundu start götürür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Moskvada İranın nüvə proqramı üzrə danışıqların üçüncü raundu start götürür. Altılıq ölkələri İrandan yenidən uranın zənginləşdirilməsini 20 faizə qədər azaltmağı tələb edəcəklər. Tələblər arasında nüvə materiallarının ixracı və Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi ilə məşğul olan yeraltı zavodun bağlanması da var. İran isə öz növbəsində sanksiyaların götürülməsi və özünün uranın zənginləşdirmək hüququnun olmasına iddia edəcək. Rusiya tərəfi danışıqlardan müsbət nəticə gözləyir. Qərb isə Moskva danışıqları uğursuzluğa uğrayarsa, məsələnin güc yolu ilə həll olunmasını istisna etmir. Görüş Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, «Altılıq» qrupunun direktorları və İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlilinin çıxışları ilə başlayacaq. Daha sonra isə ikitərəfli formatda, həmçinin, İran nümayəndələrinin iştirakı olmadan altılıq qrupu üzvlərinin məsləhətləşmələri ilə davam edəcək. Diplomatik mənbələr kompromis planın detallarını açıqlayıblar. Plana bir - sıra əsas müddəalar daxildir. İlk növbədə İran Natanz obyektində uranın zənginləşdirilməsini 20 faizdən 3,5 faiz və ya 5 faizədək azaldır. İkincisi, İran yeraltı Fordo zavodunda zənginləşdirmə işlərini tamamilə dondurur və ya obyekti ümumiyyətlə bağlayır. Bunun əvəzində isə İrana artıq əlində olan yüksək saflaşdırılmış 145 kiloqram urandan Tehrandakı tibbi-tədqiqat reaktorda yanacaq kimi istifadə etməyə icazə veriləcək. Bütün bu işlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ciddi nəzarəti altında həyata keçiriləcək. İran bu planın müddəalarından birini yerinə yetirən kimi sanksiyalar götürülməyə başlayacaq. Qeyd edək ki, Qərb İranın nüvə proqramının hərbi məqsəd daşıdığını güman edir. Bir müddət öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müşahidəçiləri Fordo zavodunda uranın 27 faizədək saflaşdırılması faktını aşkar ediblər. İran hökuməti isə bunu texniki səbəblərlə izah edib. Ekspertlər öz proqnozlarında o qədər də nikbin deyillər. Onların fikrincə, danışıqlarda İranın nüvə məsələsinin tam həllinə nail olmaq mümkün olmayacaq. Lakin bu müzakirələr dialoqun davam etdirilməçsi üçün əsas olacaq. Amerikada isə hesab edirlər ki, indiki halda problemin müharibə yolu ilə həlli gözlənilən deyil. Belə ki, prezident seçkiləri öncəsi müharibə variantını seçmək, Barak Obamanın seçilmə şanslarına mənfi təsir edəcək. Bu arada Avropa Parlamenti İranda milli və dini azlıqlara qarşı ayrı-seçkiliklə bağlı qətnamə qəbul edib. Sənəddə İran hökumətinin bu istiqamətdə apardığı qərəzli siyasət pislənib. Qətnamədə qeyd olunur ki, İran hökuməti ölkədə yaşayan qeyri-Fars millətlərə qarşı ayrı-seçkilik siyasəti aparır. İranda yaşayan azərbaycanlılar, ərəblər, bəluclar və kürdlər təzyiq altındadırlar. Bu ölkədəki siyasi fəallar təzyiqlərə, işgəncələrə məruz qalır, onlar təqib olunurlar. Ən maraqlısı isə budur ki, qətnamədə milli azlıq ermənilərin adı belə çəkilmir.

13:00 / 18.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 10290
Bu ay: 372021
Ümumi: 13196319
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın