/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

«Mavi beretlilər» atəşə tutulub

Şriftin ölçüsü:  11px13px15px17px

«Rusiya Suriyanı hərbi vertalyotlarla təchiz edir. Bu vertalyotlar isə dinc əhaliyə qarşı zorakılıq halları zamanı istifadə edilir». Bu bəyanatla ABŞ dövlət katibi Hillari Klinton çıxış edib. Dövlət katibi həmçinin BMT müşahidə missiyasının mandatının uzadılmasının mənasız olduğunu bildirib. Klintonun sözlərinə görə, münaqişənin tənzimlənməsində irəliyə doğru heç bir addım atılmırsa, iyul ayında başa çatan mandat müddətini uzatmağa heç bir əsas yoxdur. O, müşahidəçilərin ölkədə qalmasının təhlükəli olduğunu qeyd edib. Bundan sonra isə Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland açıqlamama verərək, söhbətin Suriyaya satılan yox, satılması nəzərdə tutulan vertalyotlardan getdiyini bildirib. «ABŞ Müdafiə Nazirliyi Rusiyanın Suriyaya hərbi vertalyot göndərməsi ilə bağlı informasiyaya malik deyil». Bunu isə ABŞ müdafiə nazirinin köməkçisinin müavini Con Kirbi bəyan edib. Kirbi bildirib ki, Suriya silahlı qüvvələrinə məxsus hərbi hava maşınlarının əksəriyyətinin Rusiya istehsalı olduğu ABŞ – a məlumdur. Onun sözlərinə görə, əsl cinayətkar vertalyotu satan yox, öz xalqına qarşı qətliam törədəndir. Bu arada BMT müşahidəçiləri Əl-Həffa şəhərinə daxil ola bilməyiblər. Belə ki, mavi beretlilər şəhərə yaxınlaşarkən, sakinlər tərəfindən təzyiqlə üzləşiblər. BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirkinin sözlərinə görə, əhali missiyanın maşınlarına daş və dəmir parçaları atıb. Müşahidəçilərin avtomobil karvanı İdlib şəhərinə getmək istəyəndə isə onlara atəş açıblar. Hazırda mavi beretlər öz bazalarına qayıdıblar və təhlükəsiz şəraitdədirlər. Bu arada BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Erve Ladsus Suriyanın vətəndaş müharibəsi ərəfəsində olduğunu bildirib. Ladsusun sözlərinə görə, Suriya hökuməti ölkənin xeyli hissəsinə nəzarət etmir.

13:00 / 13.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 4004
Bu ay: 238909
Ümumi: 14373270
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın