/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Vyana görüşü nəticəsiz yekunlaşıb

Şriftin ölçüsü:  11px13px15px17px

«İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında Vyanada keçirilən müzakirələrdə heç bir irəliləyiş əldə olunmayıb». Agentliyin icraçı direktorunun müavini Herman Nakerts belə deyib. Danışıqların uğursuz nəticələnməsi İranla altılıq ölkələri arasında Moskvada keçiriləcək növbəti görüşə mənfi təsir göstərəcəyi bildirilir. Vyanada 8 saat davam edən danışıqlar yarımçıq və nəticəsiz başa çatıb. Herman Nakerts bildirib ki, görüşdə İranın nüvə proqramı ilə bağlı suallara heç bir aydınlıq gətirilməyib. İranın agentlikdəki səfiri Əli Əsgər Soltani isə fərqli mövqe sərgiləyib və danışıqların inkişafının düzgün istiqamətdə getdiyini bildirib. Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrandan nüvə silahı istehsal etəmədiyini sübut edəcək dəlillər tələb edir. Tehranın bəzi nüvə zavodlarında izi itirdiyindən şübhələnir. İran təmsilçisi Əli Əsgər Soltani isə növbəti dəfə İranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirib. İranın nüvə proqramı ətrafında növbəti danışıqlar iyunun 18 və 19-da Moskvada keçiriləcək.

13:00 / 09.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 898
Bu ay: 371997
Ümumi: 12550384
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın